Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan tarixi döyüşlərin başlanmasından 9 il ötür
Yeniliklərdən dərhal xəbərdar olun
Aprel döyüşlərindən 9 il ötür.
Döyüşlər Ermənistanın martın sonlarından etibarən cəbhə xəttində genişmiqyaslı təxribat törətməsinə cavab olaraq başlamışdı.
Azərbaycan Ordusu 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin təxribatlarına cavab verərək sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratdı. Azərbaycan 4 günlük müharibə ilə Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi.
Ordumuz Aprel döyüşlərində Lələtəpə və Talış yüksəkliyini, digər bir sıra mühüm strateji yüksəklikləri işğaldan azad etdi. Lələtəpə yüksəkliyinin işğaldan təmizlənməsi ilə Cocuq Mərcanlı və Horadiz şəhərinin təhlükəsizliyi təmin olundu. Düşmənin 30-dan çox tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edildi, 320 hərbi qulluqçusu öldürüldü, 500-dən artıq döyüşçüsü yaralandı.
Aprel döyüşləri Azərbaycan üçün böyük zəfərin başlanğıcı idi. Belə ki, uğurlu Aprel döyüşlərinin məntiqi davamı olaraq Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən başlayaraq 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi.
#Aprel döyüşləri teqi istifadə olunub
- “Döyüşün taleyini həll edən silah deyil” | Qazi Aslan Şərifovun unudulmaz döyüş xatirələri - Baku TV
- Naxçıvanda Aprel şəhidi Rasim Məmmədovun anım günü keçirilib - Baku TV
- “Dedi, bilmirik, başlarına nə gəlib” | Dostu ilə eyni anda şəhid olan Əbdülməcid Axundov - Baku TV
- "Bunun üçün ölməyə dəyərdi, canımız bahasına..." | Aprel döyüşləri iştirakçısı danışdı - Baku TV
- "Zəfər yolu" layihəsi ictimaiyyətə təqdim olundu - Baku TV
