Azərbaycan Qarabağda antiterror əməliyyatı keçirəcək ?
Yeniliklərdən dərhal xəbərdar olun
Qarabağda yaşayan bir qrup separatçı Azərbaycan ərazilərində müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingentinin Xocalı rayonundakı qərargahının önündə etiraz aksiyası keçirib.
Ermənistan mətbuatında yayılan məlumata görə, etirazçılar şəxsi avtomobilləri ilə sülhməramlıların mərkəzi stansiyasının qarşısını kəsərək, “bizə düzgün sülhməramlılar lazımdır” kimi şüarlar səsləndiriblər. Separatçılar həmçinin qərargahın qarşısındakı yolu bağlayıb. Laçın-Xankəndi yolunun guya bağlı olduğunu iddia edən ermənilər buna görə rusları günahlandırıblar.
Ermənistan mətbuatı həmçinin yazır ki, Qarabağdakı separatçılar yaxın günlərdə kontingentin təlim mərkəzinin qarşısında da aksiya keçirməyi planlaşdırırlar. Əsas tələbləri isə sülhməramlıların komandanı general Andrey Volkovun istefası olacaq.
Bildirilib ki, son vaxtlar Qarabağ erməniləri arasında anti-Rusiya əhvali-ruhiyəsi yüksəlir. Buna səbəb isə Xankəndi ətrafında baş verən hadisələrə guya rusiyalı sülhməramlıların müdaxilə etməməsidir.
#Qarabağ teqi istifadə olunub
- Qarabağın ekoloji faciəsi gündəmə çıxarılacaq?
- Ermənistan COP17-yə ev sahibliyi edəcək | Qarabağın ekoloji faciəsi gündəmə gətiriləcək? - Baku TV
- Azərbaycanın ədalət dərsi qisas deyil, sülhdür - Baku TV
- Konfrans iştirakçılarının Qarabağ səfəri hansı məqamlarla yadda qalıb? - Baku TV
- Keçmiş köçkünlər doğma yurdlarına qayıdarkən nələr yaşadılar - Baku TV
