Azərbaycanı leysan gözləyir | Hava dəyişəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Aprelin 5-i və 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 15-20 dərəcə isti olacaq.
Bölgələrdə 5-i günün ikinci yarısından 6-sı səhərədək yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Qərb küləyi arabir güclənəcək.
Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi ehtimalı var.
#Milli Hidrometeorologiya Xidməti teqi istifadə olunub
- Güclü külək və sel təhlükəsi | Bu günlərdə küçəyə çıxarkən ehtiyatlı olun - Baku TV CANLI
- Hansı ərazilərdə yollar buz bağlayacaq? - Baku TV CANLI
- Qeyri-sabit hava ölkəni cənginə alır | Bu ərazilərdə ehtiyatlı olun - Baku TV
- Bakıda və bölgələrdə hava kəskin dəyişir? | Hava haqqında məlumat - Baku TV
- Dağlıq ərazilərdə yağış, Bakıda isə... | Sabah hava necə olacaq? - Baku TV CANLI
