Azərbaycanlılardan Ermənistan hökumətinə tələb
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistan hökumətindən hazırda onun ərazisi sayılan coğrafi məkanlardan qovulan azərbaycanlıların beynəlxalq proses çərçivəsində öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına şərait yaratmağı və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarını təmin etməyi tələb edirik”.
Qərbi Azərbaycan İcmasının yaydığı müraciətdə belə deyilir. Bildirlir ki, indiki Ermənistan ərazisindən azərbaycanlıların qovulması siyasi, hüquqi və humanitar ölçüsünə görə tarixdə misli-bərabəri olmayan ədalətsizlikdir.
Müraciət müəllifləri uzun illər icmaya sığınacaq vermiş Azərbaycan hökumətinə minnətdarlıq etməyi də unutmayıb.
Qərbi Azərbaycan İcması müraciətdə həmçinin Birləşmiş Millətlər Təşkilatının üzvü olan dövlətlərdən, aidiyyəti beynəlxalq təşkilatlardan indiki Ermənistan ərazisindən qovulan azərbaycanlıların öz evlərinə beynəlxalq proses çərçivəsində təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına çağırış edir. Həmçinin oraya qayıtdıqdan sonra fərdi və kollektiv hüquqlarının təmin edilməsinə yardım etməyə səsləyir.
#Qərbi Azərbaycan teqi istifadə olunub
- Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV
- Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV
- Zəngəzurun tarixi kəndi necə məhv edildi? | Etnik təmizləməyə məruz qalan tarixi məkan
- Daşkörpü qəbiristanlığında aşkarlanan məzardaşları nəyi göstərir? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Daşkörpünün bir əsrlik tarixi: kəndin taleyi necə dəyişdi? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
