Bakı məktəbində baş verən yanğınla bağlı təfərrüatlar
Yeniliklərdən dərhal xəbərdar olun
Fevralın 21-də paytaxtın Xətai rayonunda yerləşən 17 nömrəli tam orta məktəbin həyətində yanğın baş verib.
Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən alovun genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın 0,5 kvadratmetr sahəni əhatə edib, məktəbə, yaxud digər tikililərə ziyan dəyməyib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti hadisə ilə bağlı araşdırma aparıb. Məlum olub ki, texniki işçi məktəbin rəhbərliyinin icazəsi olmadan təmizlik məqsədilə taxta qırıntılarını bir yerə toplayaraq yandırıb və bununla da yanğın təhlükəsizliyi tələblərini pozub.
Qeyd olunanlarla bağlı inzibati xəta haqqında protokol tərtib olunub, həmçinin aidiyyəti şəxslərlə yanğın təhlükəsizliyi qaydalarının təmin edilməsi istiqamətində maarifləndirici söhbət aparılıb.
#Xətai rayonu teqi istifadə olunub
- Restorandakı qanlı davaya görə həbs edilən 11 nəfəri nə gözləyir? - 24 SAAT
- Restorandakı kütləvi davanın yeni detalları məlum oldu - Baku TV
- Xətaidə baş verən hadisə ilə bağlı istintaq davam edir | DİN-dən vacib məlumat - Baku TV
- “Həyət-bacada görünən adamlar deyildi” | Oğul ananı bıçaqladı? - Qonşu danışdı - Baku TV
- Qadın bıçaqlandı, oğlu saxlanıldı | Xətaidəki dəhşətli hadisənin detalları - Baku TV CANLI
