Pleyeri seçin:
Bakı metrosunda QR biletlə ödəniş mümkün olub
"Bakı Metropoliteni" QSC-nin bütün stansiyalarında sərnişinlərə QR bilet sistemi ilə gedişhaqqını ödəmək imkanı yaradılıb.
Bu barədə "Bakı Metropoliteni" QSC-nin sözçüsü Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, sərnişinlər QR ödəniş üsulundan mobil cihazlarına “BakıKart” mobil tətbiqini yükləməklə istifadə edə bilərlər.
Bildirilib ki, bu sistem, pilot layihə kimi ilk dəfə bu ilin sentyabr ayında Bənövşəyi xəttin “Xocəsən” və “8 Noyabr” stansiyalarında tətbiq edilib. Artıq bütün stansiyaların avtomat buraxılış-nəzarət məntəqələrindəki 350-dən artıq qurğuda (turniketdə) texniki işlər tam yerinə yetirilərək proqram təminatını həyata keçirən cihazlar quraşdırılıb və sınaqlar uğurla başa çatdırılıb.
Kopyalandı
#Bakı Metropoliteni teqi istifadə olunub
- Metro istifadəçiləri üçün mühüm dəyişiklik qüvvəyə minir - Baku TV
- Sərnişinlərə şad xəbər | Bu stansiyalara giriş nə qədər müddət ödənişsiz olacaq? - Baku TV
- Metroda əsaslı təmir işləri noyabrda başa çatacaq
- Əsas yenidənqurma işləri yekunlaşır | Metro sərnişinləri üçün vacib xəbər - Baku TV CANLI
- Metrodan istifadə edənlər mütləq bilsin | Bu stansiyada hansı işlər görülür? - Baku TV
