Pleyeri seçin:
Bakı-Pirşağı-Bakı istiqamətində qatarların hərəkəti dayandırıldı | Rəsmi açıqlama
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərişıq” ASC-yə məxsus 6 kV-luq hava xəttinin qırılaraq dəmiryolu xəttinin üzərinə düşməsi səbəbindən Bakı-Pirşağı-Bakı dəmiryolu istiqamətində qatarların hərəkəti dayandırılıb.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, qeyd edilən hadisə Pirşağı-Zabrat mənzilində baş verib. Bu səbəbdən də qəzanın nəticələri aradan qaldırılanadək həmin istiqamətdə qatarların hərəkəti dayanıb.
Eyni zamanda, Sumqayıt stansiyasından 18:12-də çıxmalı olan qatar hadisə ilə bağlı olaraq 20 dəqiqəlik gecikmə ilə Sumqayıt-Xırdalan-Bakı istiqamətinə ötürülüb.
Kopyalandı
#Azərişıq teqi istifadə olunub
- "Azərişıq" 9 ay ərzində görülən işlərlə bağlı mətbuat konfransı keçirib - Baku TV
- "Etiraz edəndə dedilər ki..." | Transformator üçün seçilən yer sakinləri qorxuya saldı - Baku TV
- "Zülmlə almışdıq, bizim günahımız nədir?!" | Sakinləri zərərə salan hadisənin əsl səbəbi - Baku TV
- "Azərişıq" Bakı və ətraf ərazilərdə yeni güc mərkəzləri yaradır - Baku TV CANLI
- "Müraciət etdik, pul istədilər" | Albalılıq sakinləri ölümlə burun-buruna - Baku TV
