"Zülmlə almışdıq, bizim günahımız nədir?!" | Sakinləri zərərə salan hadisənin əsl səbəbi - Baku TV
Masazır qəsəbəsinin Xurşidbanu Natavan küçəsində avqustun 2-si səhər saatlarında elektrik gərginliyinin 420 volta yüksəlməsi nəticəsində 15 həyət evində müxtəlif məişət avadanlıqları sıradan çıxıb.
Sakinlərin sözlərinə görə, hadisədən sonra əraziyə baxış keçirilsə də, dəymiş zərərin qarşılanmayacağı bildirilib.
“Qabyuyan maşın, mikrodalğalı soba, televizor yanıb. Bütün qonşularda vəziyyət belədir”, – sakinlərdən biri bildirib.
“Mən bunları güclə, kreditlə almışam. Burada 15 həyət evi var. 15 evin hamısında bir şey yanıb. İndi bizim günahımız nədir? Heç nəyi düzəldə bilmirik. Bizim bir xahişimiz var, gəlib bir əlac etsinlər”, – başqa bir sakin deyib.
Məsələ ilə bağlı “Azərişıq” ASC-dən bildirilib ki, əraziyə baxış keçirilib və sözügedən küçədə heç bir qəza halı qeydə alınmayıb:
“Vətəndaşın avadanlıqlarındakı nasazlıq mənzilin daxilində yaranan problemdən qaynaqlanıb. Bununla belə, vətəndaşa yerində texniki köməklik göstərilib və problem aradan qaldırılıb”.
#Masazır teqi istifadə olunub
- Məşhur meyxanaçının çıxış etdiyi restoranda olanlar sakinləri özündən çıxardı - Baku TV CANLI
- "Gecə 1-ə, 2-yə qədər orada..." | Namiq Mənanın meyxana dediyi restoranda nə baş verdi? - Baku TV
- “Ay xanım, əlaqəm yoxdur, tamaşa edirəm" | Sakinləri qorxudan məsələnin aqibəti necə oldu? - Baku TV
- Masazır sakinlərini özündən çıxaran tikinti problemi - Baku TV CANLI
- Masazırda xaotik tikililər narahatlıq yaradır
