Pleyeri seçin:

Bakıda özbaşınalıq | MTK mənzili xəbərsiz söküb?

01 dekabr 2023 479 baxış

Bakıda Mənzil Tikinti Kooperativi ilə vətəndaş arasında qarşıdurma yaşanıb.

Belə ki, paytaxtın Nəsimi rayonu, Mirqasımov küçəsində MTK heç bir xəbərdarlıq etmədən vətəndaşın mənzilini söküb. Xoşbəxtlikdən həmin vaxt sözügedən ərazidə heç kim olmayıb. Mənzil tamamilə yararsız vəziyyətə düşüb.

Ev sahibi bildirib ki, bundan əvvəl həmin tikinti şirkəti hər hansı razılaşma üçün onlara yaxınlaşmayıb:

“Yaxşı ki, evdə heç kim olmayıb. Uşaqları anası məktəbə aparmışdı. Həmin vaxt gəlib evi söküblər. Bundan əvvəl də evin damını sökmüşdülər. Bir ildən çoxdur ki, evin damı yox idi. Heç bir danışıq, razılıq olmayıb. Belə özbaşınalıq heç yerdə görünməyib. Hər tərəfi darmadağın ediblər”.

Məsələ ilə əlaqədar MTK-dan bildirilib ki, sözügedən ərazidə qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş binaların sökülməsinə başlanıb. Həmin binalar kustar üsulla tikildiyindən söküntü zamanı vətəndaşın eyvanına zərər dəyib:

“Bildiririk ki, vətəndaşın mənzilinə dəymiş zərərlə bağlı hüquq-mühafizə orqanlarında araşdırma gedir. Tərəfimizdən həmin eyvanın bərpa edilməsi ilə bağlı bütün tədbirlər görüləcək”.

Banner
“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

Cəmiyyət
10 noyabr 2026 479 baxış
Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 479 baxış
Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 479 baxış
“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

Cəmiyyət
10 noyabr 2026 479 baxış
Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 479 baxış
Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Cəmiyyət
10 noyabr 2026 479 baxış
Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Cəmiyyət
10 noyabr 2026 479 baxış
"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

Cəmiyyət
10 noyabr 2026 479 baxış
Xankəndidə gəncləri bir araya gətirən "Zəfər nəsli" adlı düşərgə nə qədər davam edəcək? - Baku TV

Xankəndidə gəncləri bir araya gətirən "Zəfər nəsli" adlı düşərgə nə qədər davam edəcək? - Baku TV

Cəmiyyət
10 noyabr 2026 479 baxış
“Bizim başqa dolanışıq yerimiz yoxdur!” | Sakinlərin həyatı niyə zülmə çevrilib? - Baku TV

“Bizim başqa dolanışıq yerimiz yoxdur!” | Sakinlərin həyatı niyə zülmə çevrilib? - Baku TV

Cəmiyyət
10 noyabr 2026 479 baxış
Seçilmişlər
icon