Bakıdakı cinayətin davamını Neftçalada törətdilər | Sakinlər danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
1990-cı ilin 20 Yanvar faciəsindən bir neçə gün sonra sovet tankları əvvəlcə Cəlilabada, sonra Neftçalaya doğru hərəkət etdi. Digər rayonlarda olduğu kimi, Neftçalada da dinc sakinlərə divan tutuldu.
Baku TV-yə danışan hadisə şahidi Fərman Hüseynov Neftçalada misli görünməyən cinayətin törədildiyini deyib: “Binalar, küçədən keçən insanlar güllə yağışına tutuldu. İşdən evinə gedən Nurəddin Ağahüseynov öz maşınında güllələndi, şəhid oldu”.
“Yaralanmışdım, vəziyyətim çox ağır idi. Məni bir tərəfdə uzatmışdılar. Güllələr yağdırırdılar ki, müstəqillik istəyirdiniz, bu da sizin azadlığınız”, – digər hadisə şahidi Ramin Hacıyev bildirib.
Qeyd edək ki, 1990-cı ilin 25 yanvarında Neftçalada baş verən hərbi təcavüz zamanı 2 nəfər qətlə yetirilib, 7 nəfər yaralanıb, 50-yə yaxın insan isə həbs edilib.
#20 Yanvar faciəsi (Qanlı Yanvar) teqi istifadə olunub
- Türkiyəli fermerdən maraqlı addım | 7 saat traktorla torpağa yazı həkk etdi - Baku TV
- Pis hava şəraitinə baxmayaraq, xalq Şəhidlər xiyabanına axın etdi - Baku TV
- Soydaşlarımız Qanlı Yanvarda Bakıya necə dəstək oldular? - Baku TV
- "O gündən evimizin işığı söndü..." | 20 Yanvar şəhidinin həyat yoldaşından təsirli sözlər - Baku TV
- "O qədər adamı Rusiyaya apardılar" - 20 Yanvar faciəsi Mirnaib Həsənoğlunun obyektivindən - Baku TV
