Bakının daha iki yolunda təmir işləri aparılır, hərəkət məhdudlaşdırılır - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın daha iki yol sahəsində təmir işləri aparılır.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, bu məqsədlə paytaxtın bəzi ərazilərində asfalt örtüyünün yenilənməsi ilə əlaqədar qısa müddətə hərəkət tam məhdudlaşdırılacaq.
Belə ki, Abbasqulu ağa Bakıxanov küçəsində (Azadlıq prospektindən Ceyhun Hacıbəyli küçəsinədək) iyulun 6-sı saat 06:00-dək yol tam bağlanacaq. Bundan başqa, Nazim Hikmət küçəsində (Mətbuat prospektindən Abbas Mirzə Şərifzadə küçəsinədək) iyulun 5-i saat 07:00-dan iyulun 7-si saat 23:00-dək yol tam bağlanacaq.
Sürücülərdən xahiş olunur ki, təmir işləri aparılan müddətdə alternativ marşrutlardan istifadə etsinlər, müvəqqəti yol nişanlarının və hərəkətin təşkili ilə bağlı tənzimləyici vasitələrin tələblərinə əməl etsinlər.
#Yol təmiri teqi istifadə olunub
- “Beləsi asfaltdan da gözəldir” | Şəhidin adını daşıyan küçədə sakinlərdən nümunəvi addım - Baku TV
- "Hər şey qaydasında olacaq” dedikləri yol niyə bərbad haldadır? - “Gecə saat 3-də...” - Baku TV
- Süleyman Sani Axundov küçəsində xaotik vəziyyət - Baku TV
- Paytaxtda aparılan qazıntılar yollarda əlavə sıxlıq yaradıb - Baku TV CANLI
- Yollarda təmir başladı, tıxac artdı | Nəsimi rayonunda sakinlər çətin durumda - Baku TV
