“Belə şey görülməyib, çox ciddi...” | Vətəndaşlar yaranan problemə görə şikayət etdi - Baku TV
Abşeron rayonunun Mehdiabad qəsəbəsi, Zəlimxan Yaqub küçəsində fəaliyyət göstərən sahibkarlar elektrik enerjisinin tez-tez kəsilməsindən narazıdırlar.
Sözügedən küçə boyunca aptek, market, dönərxana və restoranlar da daxil olmaqla çoxsaylı obyektlər yerləşir.
Sahibkarların sözlərinə görə, ərazidə elektrik enerjisi tez-tez kəsilir və işığın bərpası bəzən 8 saatdan çox çəkir.
Onlar bildirirlər ki, elektrik enerjisinin kəsilməsi onların fəaliyyətinə ciddi ziyan vurur. Xüsusilə qida məhsulları satan obyektlərdə ət, yağ və digər məhsulların xarab olduğu deyilir.
Şikayətçi Elman Şirməmmədovun sözlərinə görə, elektrik enerjisinin kəsilməsinin səbəbi kimi onlara kabelin yanması göstərilir. Lakin o, problemin mütəmadi xarakter daşımasından narazıdır.
“Kabelin yanması nəticədir, bəs bunun səbəbi nədir? Başa düşürük, hava istidir, problem ola, kabel yana bilər. Amma bu, ayda bir-iki dəfə baş verə bilər. Yeddi dəfə kabel yanması isə çoxdur. Belə şey görülməyib”, – deyə sahibkar bildirib.
#Abşeron teqi istifadə olunub
- Abşeron klinikasında bıçaqlanma hadisəsi baş verib - Baku TV CANLI
- İşdə qanlı hesablaşma | Abşeronda direktor müavini xəstəxananın önündə bıçaqlandı - Baku TV
- Abşeronda tükürpərdən hadisə: Toyda başlayan mübahisə faciəyə çevrildi - Baku TV CANLI
- Toyda döyülən 32 yaşlı kişi 3 gün sonra dünyasını dəyişdi - Baku TV
- Yaşayış binasında baş verən partlayışla bağlı araşdırma başlandı - Baku TV CANLI
