Beynəlxalq hüquq müdafiəçiləri dəyirmi masa keçirib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda səfərdə olan avropalı hüquq müdafiəçilərindən ibarət “Xocalı: Barışıq üçün etiraf et” beynəlxalq koalisiyanın üzvləri, eləcə də yerli və xarici mətbuat nümayəndələrinin iştirakı ilə “Keçid ədaləti və dayanıqlı sülh” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə çıxış edənlər fevralın 25-də Xocalı-Ağdam yolundakı “Ölüm dəhlizi”nə təşkil olunan yürüş barədə öz təəssüratlarını bölüşüblər.
Tanınmış hüquq müdafiəçisi, “Srebrenitsa Anaları” Assosiasiyasının sədri Munira Subaşiç Xocalı ilə Srebrenitsa faciələrinin mahiyyət olaraq bənzər cinayət olduğunu qeyd edib. O bildirib ki, Srebrenitsada olduğu kimi Xocalıda da ədalət nəhayət öz yerini tapmalıdır.
İtaliya İnsan Haqları Federasiyasının sədri Antonio Stanqo isə qeyd edib ki, Xocalı faciəsində beynəlxalq humanitar hüququn açıq pozulması, mülki şəxslərin canlarını qurtarmaq istəyərkən güllələnərək öldürüldüyü “Human Rayts Votç” və “Memorial” kimi beynəlxalq qurumlar və başqa müstəqil mənbələr, o cümlədən hadisənin şahidi olmuş tanınmış beynəlxalq media nümayəndələri tərəfindən faktlarla təsdiq edilib və sənədləşdirilib.
ATƏT-in Dözümsüzlük və Diskriminasiya ilə Mübarizə üzrə keçmiş xüsusi nümayəndəsi professor Bülent Şenay isə vurğulayıb ki, postkonflikt reallıqları kontekstində Ermənistan Xocalı cinayətinin ləkəsi ilə hesablaşmalıdır.
#Xocalı teqi istifadə olunub
- Dağların qoynundakı Malıbəyli gölü buraya səfərə gələnləri valeh edir - Baku TV
- Xocalıda Anım Günü ilə bağlı ağacəkmə aksiyası təşkil olunub - Baku TV
- "73 maarifləndirmə tədbiri keçirilib" | Xocalıda müəssisələrə mediatur təşkil olundu - Baku TV
- 34 ildən sonra Xocalının Seyidbəyli kəndində ilk toy mərasimi keçirildi - Baku TV
- 65 ailənin yurd həsrəti bitdi | Xocalı, Ağdərə və Cəbrayıla qayıdan sakinlərin sevinci - Baku TV
