“Bilmirsən ki, yiyəsi kimdir?!” | Xırdalanda bu tikili niyə qalmaqala səbəb oldu? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 36 ünvanında yaşayan sakin qonşuluqda aparılan tikinti işlərindən şikayətçidir.
Şikayətçinin iddiasına görə, onun evinə bitişik şəkildə yeni tikili inşa edilir və bu qanunsuz tikinti səbəbindən mənzilə ciddi ziyan dəyib. Vətəndaş məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsə də, hələ ki heç bir nəticənin əldə olunmadığını bildirir.
Ev sahibi İlahə Əliyeva mövcud vəziyyətlə bağlı narahatlığını belə ifadə edib:
“Bu ev 24 il əvvəl tikilib. Bir neçə il bundan qabaq evin digər tərəfində çoxmərtəbəli yaşayış binası tikdilər. O vaxt nə qədər aidiyyəti yerlərə müraciət etsək də, səsimizə səs verən olmadı. Həmin bina tikilənə qədər mən evin dam örtüyünü beş dəfə dəyişməli oldum. İndi isə üç günün içində evimin düz yanında bir metr belə məsafə saxlanılmadan bünövrə qazıblar. Qazıntı səbəbindən torpaqda sürətlə sürüşmə gedir”.
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, qurum tərəfindən vətəndaş Ceyhun Səfər oğlu Əliyevin ünvanladığı müraciətə baxılıb:
“İcra Hakimiyyətinin nümayəndələri tərəfindən tikinti ərazisinə baxış keçirilən zaman qanunvericiliyin tələblərinə uyğun olaraq lazımi ara məsafəsinin saxlanıldığı müəyyən edilib”.
#Xırdalan teqi istifadə olunub
- "Baku TV"nin gündəmə gətirdiyi qanunsuz tikili ilə bağlı tədbir görüldü - Baku TV
- Xırdalanda piyada yolu zəbt edilib? | Sakinlər tikintidən narazıdır? - Baku TV CANLI
- "Nə edirlərsə, mənim də başım çıxmır" | Xırdalanda piyada yolunda ev tikilir? - Baku TV
- Baku TV-nin çəkdiyi yol problemi aradan qaldırıldı - Baku TV
- Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV
