Binə sakinləri susuzluqdan əziyyət çəkir | Sakinlər su hovuzları düzəldirlər
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi, Sahə 2 ünvanında sakinlər su problemindən əziyyət çəkirlər.
Əraziyə uzun müddətdir su xətti çəkilmədiyindən sakinlər içməli suya həsrət qaldıqlarını bildiriblər:
“20 ildir burada yaşayırıq. Biz hələ şirin su görməmişik. Həmişə qablarla almışıq. Elə bil Somalidə yaşayırıq”.
Problemdən “Azərsu” da xəbərdardır. Qurumdan bildirilib ki, hazırda Binə qəsəbəsinin 30 faizində mərkəzləşmiş su təchizatı xətləri mövcuddur. Əhalinin 65 faizi isə tələbatını fərdi qaydada ödəyir:
“Dövlət proqramına uyğun olaraq Binə qəsəbəsində proses mərhələlərlə icra edilir. Hər il yeni ünvanlara su xətləri çəkilir. Növbəti mərhələlərdə Sahə 2 ünvanına su xətti çəkiləcək. Həmin ərazidə vətəndaşlar mərkəzləşmiş içməli su ilə təmin olunacaqlar”.
#Xəzər rayonu teqi istifadə olunub
- “Bu su ilə çiməndə daha da kirlənirsən” | Əhali şikayətləndi | “Cavan qızların beli sınır” - Baku TV
- Faktla bağlı araşdırma aparılır
- “Gecələr gizləndikləri yerdən çıxıb...” | Əqrəb sancan zaman ilk nələr edilməlidir? - Baku TV
- Əqrəblər Bakıda 2 nəfəri xəstəxanalıq etdi: Mütəxəssislərdən təcili xəbərdarlıq - Baku TV CANLI
- Münasibəti bərpa etmək istəmədi, canından oldu | Xəzər rayonunda dəhşətli qətl - Baku TV
