Binəqədinin mərkəzində xaos yarandı | "15 dəqiqəlik yolu saat yarıma gedirik" - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Yol üzərində heç bir xətləmə yoxdur, üstəlik, yol hərəkəti ilə bağlı nişanlar da yetərli deyil. Bu vəziyyət isə ərazidə xaotik şəraitin yaranmasına səbəb olur. Söhbət Binəqədi qəsəbəsindən gedir.
“Mərkəz Binəqədi” kimi tanınan meydanda hökm sürən bu qarışıqlıq artıq sakinləri də cana yığıb. Sürücülərin avtomobilləri nizamsız şəkildə idarə etməsi həm yol-nəqliyyat hadisəsi riskini artırır, həm də piyadaların həyatını təhlükə altına alır.
“Burada demək olar ki, hər gün hadisə baş verir. Çox qarışıqlıqdır, insanların gediş-gəlişi çətinləşib. Avtomobillər tıxacda qalır, kim kimə yol verməlidir, bilinmir”, – sakinlərdən biri bildirib.
Digər sakin isə qeyd edib: “Nişanlar, işıqfor yoxdur. Ona görə də yolun kimə məxsus olduğu bilinmir və tez-tez qəzalar baş verir. Sıxlıq yaranır, saatlarla yolda qalırıq. 15 dəqiqəlik yolu bir saat yarıma gedirik”.
#Binəqədi teqi istifadə olunub
- Daha bir tikinti şirkətindən şikayət | “Xəmsə Palace-2021” ofisində qalmaqal - Baku TV
- Vətəndaşlar şikayət edir | Tikinti şirkəti niyə narazılığa səbəb oldu? - Baku TV CANLI
- “Xəmsə Palace-2021” vətəndaşların başına oyun açıb? - "2 il əvvəl veriləcəkdi, amma..." - Baku TV
- Tikinti və təmir vədi ilə bağlı milyonluq işdə şirkət rəhbəri saxlanıldı - 24 SAAT
- Sakinlər öz evlərindən çıxarılır? | Qardaşoğlu əmisinin evini əlindən alır? - Baku TV
