Pleyeri seçin:

Bu acını dillə demək olmur | Qızı şəhid olan Bərdə sakinindən ürəkdağlayan sözlər

27 oktyabr 2024 468 baxış

44 günlük Vətən müharibəsi zamanı cəbhə xəttindən uzaqda yerləşən bir sıra şəhər və rayonlarımız raket və artilleriya atəşinə məruz qalıb. Dinc əhali həlak olub, evlər və təsərrüfatlara ciddi ziyan dəyib.

Ermənistan Silahlı Qüvvələrinin törətdiyi terror aktlarından biri oktyabrın 27-də Bərdənin Qarayusifli kəndində olub.

Qarayusifli kəndinə atılan raket zamanı 5 kənd sakini həlak olub. Onlardan biri də 7 yaşlı Aysun İsgəndərovadır.

Azyaşlının atası Rövşən İsgəndərov hadisə anını belə xatırlayır:

“Hadisənin üzərindən 4 il keçsə də, bir mən bilirəm ki, o illəri necə yola verdik. Bir qızım şəhid oldu, bir qızım da yaralandı. Təqribən saat 4-5 radələri olardı. Mən traktor işlədirdim. Partlayış səsi gəldi. Evə gəldim ki, uşaqlar yoxdur. Dəli kimi olmuşdum. Yola qaçdım. Mənə dedilər ki, uşaqların Məhəmməd dayıgildədir. Yoldaşım, iki uşağım ayaq üstə idi. Aysunu isə döşəməyə uzandırmışdılar. Xəstəxanaya apardım, orada da dünyasını dəyişdi”.

Qeyd edək ki, İsgəndərovlar ailəsində indi 2 yaşlı Aysun böyüyür. Terror qurbanı olan Aysunun ölümündən iki il sonra ailədə yeni doğulan qız şəhid bacısının adını daşıyır.

Banner
"Müharibəni hiss etdik" | Altı il əvvəl Gəncədə yaşanan dəhşətli gecə unudulmur - Baku TV

"Müharibəni hiss etdik" | Altı il əvvəl Gəncədə yaşanan dəhşətli gecə unudulmur - Baku TV

Cəmiyyət
05 oktyabr 2026 468 baxış
"Bu cəbhədə döyüşmək çox qürurludur" | "Xəzər TV" 19 yaşını qeyd edir - Baku TV

"Bu cəbhədə döyüşmək çox qürurludur" | "Xəzər TV" 19 yaşını qeyd edir - Baku TV

Cəmiyyət
05 oktyabr 2026 468 baxış
Sosial ödənişlər artırılacaq

Sosial ödənişlər artırılacaq

Cəmiyyət
05 oktyabr 2026 468 baxış
“Bircə o qalıb ki, evimizi uçuraq” | Mingəçevir sakinlərindən sərt etiraz - Baku TV

“Bircə o qalıb ki, evimizi uçuraq” | Mingəçevir sakinlərindən sərt etiraz - Baku TV

Cəmiyyət
05 oktyabr 2026 468 baxış
Orta gəlirli ailə üçün ev sahibi olmaq niyə çətinləşib? - AKTUAL GÜNDƏM

Orta gəlirli ailə üçün ev sahibi olmaq niyə çətinləşib? - AKTUAL GÜNDƏM

Cəmiyyət
05 oktyabr 2026 468 baxış
Sakinlər qəbiristanlığın ətrafına atılan tullantılardan təngə gəlib

Sakinlər qəbiristanlığın ətrafına atılan tullantılardan təngə gəlib

Cəmiyyət
05 oktyabr 2026 468 baxış
"44" bədii filmi 15 oktyabrdan ölkənin bütün kinoteatrlarında - Baku TV

"44" bədii filmi 15 oktyabrdan ölkənin bütün kinoteatrlarında - Baku TV

Cəmiyyət
05 oktyabr 2026 468 baxış
"Qoxudan dayanmaq olmur..." | Mehdiabadda antisanitar vəziyyət - Göl zibil poliqonuna çevrilib?

"Qoxudan dayanmaq olmur..." | Mehdiabadda antisanitar vəziyyət - Göl zibil poliqonuna çevrilib?

Cəmiyyət
05 oktyabr 2026 468 baxış
"Keçən ay 3 həftə lift işləmədi..." | Binəqədi sakinlərinin bitməyən lift problemi - Baku TV

"Keçən ay 3 həftə lift işləmədi..." | Binəqədi sakinlərinin bitməyən lift problemi - Baku TV

Cəmiyyət
05 oktyabr 2026 468 baxış
Yarım əsrlik binada narazılıq: sakinlər nə tələb edir? - Baku TV CANLI

Yarım əsrlik binada narazılıq: sakinlər nə tələb edir? - Baku TV CANLI

Cəmiyyət
05 oktyabr 2026 468 baxış
Seçilmişlər
icon