Bu araşdırma alimləri də qorxutdu | Öləndən sonra bədəndə nə baş verir?
Yeniliklərdən dərhal xəbərdar olun
Bir qrup avstraliyalı tədqiqatçı cisimlərin parçalanması prosesini müşahidə edən unikal təcrübə aparıb. Alimlər 30 dəqiqədən bir parçalanmanın hər mərhələsini qeydə alan kameralar quraşdırıblar. Əldə edilən nəticələr gözlənilməz və hətta qorxulu olub.
Görüntülərdə cəsədin qolları və ayaqları da daxil olmaqla bədən üzvlərinin hərəkət etdiyi əks olunub. Lakin ekspertlərin izah etdiyi kimi, bunun mistisizmlə əlaqəsi yoxdur. Hərəkətlər təbii proseslər, əzələ dartılması nəticəsində baş verir.
Bu cür müşahidələr alimlərə bədənin parçalanma mərhələlərini daha yaxşı anlamağa kömək edir. Sözügedən məlumatlar məhkəmə, tibb, kriminologiya və bədəndə ölümdən sonra baş verən təbii proseslərin öyrənilməsi üçün vacibdir. Tədqiqat təkcə yeni biliklər vermir, həm də cinayətlərin açılması üçün vacib olan ölümün dəqiq vaxt çərçivəsini təyin etməyə yardımçı olur.
#Elmi araşdırma teqi istifadə olunub
- Yeni hesablama modeli Altsheymer xəstəliyinin hər xəstədə fərqli gedişini anlamağa kömək edə bilər
- Cəmiyyətlərin birləşməsi prosesi sürətləndirən başlıca amil olub
- Beyin düşüncə və qavrayış arasında necə keçid edir?
- İnsan beyni real həyatdakı sosial problemləri təhlil edir
- İnsanların gördüyü yuxular nələrdən xəbər verir?
