Pleyeri seçin:

Bu ərazidəki obyektlərin qiyməti gözü kəlləyə çıxarır | Ekspertdən açıqlama

07 dekabr 2024 362 baxış

Bakıda məşhur biznes mərkəzlərindən birinin 120 milyon manata satışa çıxarılması belə obyektlərin qiymətlərinin necə müəyyən olunmasını gündəmə gətirir.

Ümumilikdə isə qiyməti milyonlarla olan qeyri-yaşayış sahələrinə paytaxtın müxtəlif ərazilərində rast gəlinir.

Belə ki, elan saytlarına nəzər salanda məlum olur ki, Ağ Şəhər adlanan ərazidə sahəsi 3 150 kvadratmetr olan təmirsiz obyektin qiyməti 38 milyon 800 min manatdır. Həmçinin “Gənclik” stansiyasına yaxın ərazidə yerləşən əmlak 22 milyon manata satılır. Mərkəzdən kənarda – Sulutəpə qəsəbəsində yerləşən digər obyektin qiyməti isə 27 milyon manatdır.

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, hər hansısa əmlakın bazar dəyərini müəyyən etmək üçün öncə onun yerləşdiyi ərazi, həmin ərazidəki torpaq sahəsinin qiyməti, tikinti xərci və daha önəmlisi isə gəlirlilik hesablanır:

“Əgər qeyri-yaşayış obyekti hər hansısa bir torpaq sahəsi üzərində ayrıca tikilidirsə, sözügedən ərazidəki torpaq sahəsinin bazar qiyməti, ümumi tikinti xərci, həmin əmlak əgər icarədədirsə onun icarə qiyməti hesablanaraq satış məbləği müəyyən olunur. Adətən qeyri-yaşayış obyektinin icarə qiyməti onun satış məbləğinin 0,5 faiz nisbəti ilə hesablanır”.

Ekspert onu da əlavə edib ki, qiymətlərə obyektin harada yerləşməsi və icarə haqqından başqa, onun hər hansı markaya aid olması da təsir edir. Belə əmlakların qiyməti eyni ərazidə yerləşən digər obyektlərdən yüksək olur.

Kopyalandı
"Yerimizi dəyişəndə minomyot onun yanına düşdü" | Xüsusi Təyinatlı qazi Qafar Fərzəliyev - Baku TV

"Yerimizi dəyişəndə minomyot onun yanına düşdü" | Xüsusi Təyinatlı qazi Qafar Fərzəliyev - Baku TV

Cəmiyyət
26 sentyabr 2026 362 baxış
Məktəbdə valideynləri özündən çıxaran mənzərə | Masallıda şagirdlər çətin durumda - Baku TV CANLI

Məktəbdə valideynləri özündən çıxaran mənzərə | Masallıda şagirdlər çətin durumda - Baku TV CANLI

Cəmiyyət
26 sentyabr 2026 362 baxış
Qadın bədəni nə zaman kökəlməyə meyilli olur? - Hormonlar bizi necə idarə edir? - BAKU MED

Qadın bədəni nə zaman kökəlməyə meyilli olur? - Hormonlar bizi necə idarə edir? - BAKU MED

Cəmiyyət
26 sentyabr 2026 362 baxış
Eyni valyutada aktiv debet kartı olanlara ikinci kartın verilməsi məhdudlaşdırılır - Baku TV

Eyni valyutada aktiv debet kartı olanlara ikinci kartın verilməsi məhdudlaşdırılır - Baku TV

Cəmiyyət
26 sentyabr 2026 362 baxış
Tədbirdə Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi anılıb - Baku TV

Tədbirdə Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi anılıb - Baku TV

Cəmiyyət
26 sentyabr 2026 362 baxış
Blogerlərin reklam etdiyi əmlak ofisi kütləvi dələduzluqda ittiham olunur - Baku TV

Blogerlərin reklam etdiyi əmlak ofisi kütləvi dələduzluqda ittiham olunur - Baku TV

Cəmiyyət
25 sentyabr 2026 362 baxış
Oktyabrın 1-dən debet kartlarının verilməsi ilə bağlı nə dəyişəcək? - 24 SAAT

Oktyabrın 1-dən debet kartlarının verilməsi ilə bağlı nə dəyişəcək? - 24 SAAT

Cəmiyyət
25 sentyabr 2026 362 baxış
"Bilməzdim ki, o mənim qəhrəmanım olacaq" | "Canavar" ləqəbli qəhrəman Elnur Səmədov - Baku TV

"Bilməzdim ki, o mənim qəhrəmanım olacaq" | "Canavar" ləqəbli qəhrəman Elnur Səmədov - Baku TV

Cəmiyyət
25 sentyabr 2026 362 baxış
"İmkansız idik, qızın ailəsi şəhərdə ev istədi" | Nardaran sakini: "Həmişə ilk addımı yoldaşım atıb"

"İmkansız idik, qızın ailəsi şəhərdə ev istədi" | Nardaran sakini: "Həmişə ilk addımı yoldaşım atıb"

Cəmiyyət
25 sentyabr 2026 362 baxış
“Ömür boyu açıq yeyiblər, indi niyə...?!" - Satışdakı yenilik ev məhsullarını bahalaşdıracaq?

“Ömür boyu açıq yeyiblər, indi niyə...?!" - Satışdakı yenilik ev məhsullarını bahalaşdıracaq?

Cəmiyyət
25 sentyabr 2026 362 baxış
Seçilmişlər
icon