Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur.
Novruzun ikinci çərşənbəsi olan Od çərşənbəsi xalq arasında “Üskü”, “Adlı” çərşənbə də adlanır. Qədim tarixə malik olan milli bayramımız cənub bölgəsində özünəməxsus ənənə ilə qeyd olunur.
Lənkəran sakini Saleh İsrafilov deyib ki, bayram axşamı süfrədə mütləq balıq olmalıdr:
“Lənkəran bölgəsində balıq süfrəmizdən əskik olmur. Yazın gəlişində qışda yediyimiz təamlarla vidalaşmaq üçün son dəfə olaraq döşəmə plov hazırlayırıq”.
Adət-ənənəyə görə, od çərşənbəsində tonqal qalayıb, alovun üzərindən tullanmaqla bütün azar-bezarları yandırırlar. Odun, tonqalın yandırılması həmin ilin isti, bərəkətli keçməsinə işarədir. Belə bir inam var ki, od çərşənbəsindən sonra təbiət isinər, insanlara xoşbəxtlik gətirər.
#Lənkəran teqi istifadə olunub
- Dron hücumunun qurbanı olan Lənkəran sakini dəfn olundu - Baku TV
- Lənkəranda dəhşətli hadisə | Ana və övladı bıçaqlandı - 24 SAAT
- “Qızımı izləyib, blokda vurub, oğlunu da...” | Qandonduran hadisə | “Uşağı 3-4 yerdən...” - Baku TV
- Lənkəranda dəhşətə gətirən hadisə | Gənc ana və oğlu bıçaqlandı - Baku TV CANLI
- “Xeyli ziyan vurdu bizə” | Lənkəranda dolu və güclü külək ağır fəsadlar törətdi - Baku TV
