Pleyeri seçin:

“Bu qaydalara ciddi riayət edin” | Qatı duman sürücülərə çətinlik yaratdı - Baku TV

15 dekabr 2025 755 baxış

Muğanlı-İsmayıllı avtomobil yolunun 12-ci kilometrliyində müşahidə olunan qatı duman sürücülərə çətinlik yaradır.

Sürücülər yaxın vuran işıqlardan istifadə etməklə ara məsafəsini qorumağa və aşağı sürətlə hərəkət etməyə çalışırlar. Havanın yağmurlu və şaxtalı keçməsi yolun buzlaşmasına səbəb olub ki, bu da qəza riskini artırır.

“Çox çətinlik çəkirik, bəzi sürücülər yollarda qalır. Hər kəsdən xahiş edirəm ki, ehtiyatlı olsunlar, balaları evdə onları gözləyir”, – deyə sürücü Əzizxan Bədəlov söyləyib.

Dumanlı hava şəraiti ilə əlaqədar Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib.

Bildirilib ki, dumanlı havanın digər hərəkət iştirakçılarına, eləcə də yollardakı nizamlama vasitələrinin vaxtında və aydın görünməsinə maneə yaratdığını nəzərə alaraq sürücülərə belə havalarda daha diqqətli olmaq, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına nəzarət etmək, ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə olunur:

“Həmçinin bu cür havalarda yolun hərəkət hissəsi və kənarlarının aydın görünməsində çətinlik yarandığını nəzərə alaraq, piyadalardan da yola çıxarkən daha məsuliyyətli olmalarını xahiş edirik”.

Banner
Qanunsuz reseptlər, firma dərmanları | Dərmanların ağ kağıza yazılması hüquqi məsuliyyət yaradır

Qanunsuz reseptlər, firma dərmanları | Dərmanların ağ kağıza yazılması hüquqi məsuliyyət yaradır

Cəmiyyət
17 noyabr 2026 755 baxış
"Varlı oğlan istəyirdim, amma qismət" | Məşhur kadrların qəhrəmanı 30 il sonra nələri etiraf etdi?

"Varlı oğlan istəyirdim, amma qismət" | Məşhur kadrların qəhrəmanı 30 il sonra nələri etiraf etdi?

Cəmiyyət
17 noyabr 2026 755 baxış
Azərbaycanda quş xəstəliklərinə qarşı profilaktik tədbirlər gücləndirilir - ƏSAS XƏBƏR

Azərbaycanda quş xəstəliklərinə qarşı profilaktik tədbirlər gücləndirilir - ƏSAS XƏBƏR

Cəmiyyət
17 noyabr 2026 755 baxış
2027-ci ildə yerli büdcələrin özünü təmin etməsi gözlənilir

2027-ci ildə yerli büdcələrin özünü təmin etməsi gözlənilir

Cəmiyyət
17 noyabr 2026 755 baxış
Xaricdə əmlak almaq investisiya baxımından sərfəlidirmi?

Xaricdə əmlak almaq investisiya baxımından sərfəlidirmi?

Cəmiyyət
17 noyabr 2026 755 baxış
Dini etiqad azadlığı və dövlət qulluğu | Məcəllədəki müddəa niyə təhrif olunur? - Baku TV CANLI

Dini etiqad azadlığı və dövlət qulluğu | Məcəllədəki müddəa niyə təhrif olunur? - Baku TV CANLI

Cəmiyyət
17 noyabr 2026 755 baxış
"6 nəfər 2 otaqda necə yaşasın?" - Qaz xətti qırıldı, ev çökdü - Ağac aşmasında şirkət günahkardır?

"6 nəfər 2 otaqda necə yaşasın?" - Qaz xətti qırıldı, ev çökdü - Ağac aşmasında şirkət günahkardır?

Cəmiyyət
17 noyabr 2026 755 baxış
Dotasiyanın dayanması rayonlarda məşğulluğa necə təsir edəcək? - Baku TV

Dotasiyanın dayanması rayonlarda məşğulluğa necə təsir edəcək? - Baku TV

Cəmiyyət
17 noyabr 2026 755 baxış
Xocavənd, Cəbrayıl və Zəngilanın kəndlərinə köç karvanları yola salındı - Baku TV

Xocavənd, Cəbrayıl və Zəngilanın kəndlərinə köç karvanları yola salındı - Baku TV

Cəmiyyət
17 noyabr 2026 755 baxış
"Bu, hamının narazılığına səbəb olur" | Tələbələrdən Tibb Universiteti barədə şikayət - Baku TV

"Bu, hamının narazılığına səbəb olur" | Tələbələrdən Tibb Universiteti barədə şikayət - Baku TV

Cəmiyyət
17 noyabr 2026 755 baxış
Seçilmişlər
icon