Bu şəxslər cəzalanacaq: Baş Prokurorluqdan ciddi xəbərdarlıq
Yeniliklərdən dərhal xəbərdar olun
“Dünəndən bəri bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən əhalinin həssas olduğu mövzulara dair, xüsusilə yalandan çoxlu sayda şəhidlərimizin olması barədə süni ajiotaja səbəb olan, rəsmi dövlət qurumları ilə dəqiqləşdirilməmiş informasiyalar ictimailəşdirilir”.
Bu barədə brifinqdə Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov bildirib.
Onun sözlərinə görə, internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə bu cür informasiyaların yerləşdirilməsinin qarşısının alınmaması məsuliyyətə səbəb olur:
“Hüquq-mühafizə orqanları hazırda koordinasiyalı fəaliyyət göstərirlər və bu tipli istənilən qanunsuz hərəkətin qarşısı alınacaq, qanunsuz hərəkətə yol vermiş şəxslər məsuliyyətə cəlb olunacaqlar. Əminliklə bildiririk ki, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi dövründə olduğu kimi, yenə də vətəndaş-dövlət birliyini nümayiş etdirəcək və qanunsuz əməllərə yol verilməyəcək”
#Qarabağ teqi istifadə olunub
- Qarabağın ekoloji faciəsi gündəmə çıxarılacaq?
- Ermənistan COP17-yə ev sahibliyi edəcək | Qarabağın ekoloji faciəsi gündəmə gətiriləcək? - Baku TV
- Azərbaycanın ədalət dərsi qisas deyil, sülhdür - Baku TV
- Konfrans iştirakçılarının Qarabağ səfəri hansı məqamlarla yadda qalıb? - Baku TV
- Keçmiş köçkünlər doğma yurdlarına qayıdarkən nələr yaşadılar - Baku TV
