Bu tarixdə ADEX V Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
2024-cü ildə “ADEX” və “Securex Caspian” sərgiləri müdafiə sənayesi sahəsinə həsr olunmuş ən nəhəng tədbirlər sırasındadır.
Bu sözləri Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri Samir Ağabalayev sentyabrın 19-da “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinə həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.
“Sentyabrın 24-26-da Bakı Ekspo Mərkəzində keçiriləcək bu sərgilər ölkəmizin müdafiə sənayesi potensialını nümayiş etdirir. Sərgilərdə 37 ölkədən 218 şirkət iştirak edəcək. Bu tədbirlər hərbi-texniki sahədə yerli və xarici ekspertlər arasında konstruktiv ünsiyyətin qurulmasına, təcrübə mübadiləsinə və səmərəli əlaqələrin yaradılmasına şərait yaradır”, – deyə o qeyd edib.
#Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi (MSN) teqi istifadə olunub
- "Müdafiə sektorunda kibertəhlükəsizlik" adlı sektorial görüş keçirildi - Baku TV
- Müasir artilleriya sistemlərinin lokallaşdırılması nə vəd edir? - Baku TV
- İlham Əliyev Britaniya ilə müdafiə sənayesi sahəsində əməkdaşlığa başlanıldığını bildirib - 24 SAAT
- "ADEX 2026"da yerli və Türkiyə istehsalı olan hərbi avadanlıqlar böyük maraqla qarşılandı - Baku TV
- Azərbaycanın müdafiə sənayesi üçün yeni imkanlar: “ADEX”də əsas hədəflər nələrdir? - HƏRBİ XRONİKA
