Bu, təhsilimiz üçün vacib yenilikdir | Emin Əmrullayevdən maraqlı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Əvvəllər bilik daha önəmli sayılırdısa, indiki dövrdə fərqli bacarıqlara daha çox üstünlük verilir”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev “Baku ID” festivalı çərçivəsində keçirilən paneldə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, şagirdlərin koqnitiv bacarıqları kifayət qədər yaxşı olsa da, müşahidələr onların iş həyatına atılmaları üçün lazımi praktiki bacarıqların yetərli olmadığını göstərir:
“SABAH Akademiyasını yaradarkən istedadlı tələbələri ölkənin iqtisadi sektorunun liderləri ilə bir araya gətirməyi hədəfləyirdik. Bu il rəqəmsal bacarıqların ilk məzunları olacaq və Azərbaycan təhsili üçün önəmli yenilikdir. “Rəqəmsal bacarıqlar” layihəsinin məzunları yaşıdlarından fərqli olaraq startap kimi mövzulara daha yaxşı hakim olaraq tələbə həyatına başlayacaqlar”.
#Emin Əmrullayev teqi istifadə olunub
- Emin Əmrullayev müəllimlərin geyimindən danışdı - Baku TV
- Bu fənn müəllimləri də sertifikasiyaya cəlb olunacaq? | Emin Əmrullayevdən açıqlama - Baku TV
- “Tələblərimiz artacaq” | Nazirdən müəllimlərin sertifikasiya imtahanı ilə bağlı açıqlama - Baku TV
- Emin Əmrullayev məktəblərdə süni intellektin tətbiqindən danışdı - Baku TV
- Emin Əmrullayevin yeni tədris ilinə dair mətbuat konfransı - Baku TV
