Bunları bilmədən yola çıxmayın | Yol polisi sürücülərə xəbərdarlıq etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Baş Dövlət Yol Polisi İdarəsi dumanlı hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Bu barədə BDYPİ məlumat yayıb.
Məlumatda deyilir:
"Sinoptiklərin məlumatına əsasən, yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral yollarda görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
Dumanlı hava xüsusilə səhər və axşam saatlarında sürücünün görünüş dairəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır ki, bu da ağırlıq dərəcəsi yüksək olan qəzalara, o cümlədən zəncirvari toqquşmalara real zəmin yaradır.
Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlığı nəzərə alaraq, sürücülərdən dumanlı havada sürət həddini minimuma endirməyi, daha çox ara məsafəsi saxlamağı, xarici işıq cihazlarının sazlığından əmin olmağı, ötmə, manevr etmə, dayanma, durma, parklanma zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi xahiş edir".
#Baş Dövlət Yol Polisi İdarəsi teqi istifadə olunub
- Yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücüyə ağır cəza verilib - Baku TV
- Saxta cərimə mesajları yayılır | Kart məlumatlarınızı necə qoruya bilərsiniz? - Baku TV
- Narkotik vasitənin təsiri altında avtobusu idarə etdi, sonra isə... - Baku TV CANLI
- DYP sürücülərə xəbərdarlıq etdi: həftəsonu bunlara diqqət edin! - Baku TV CANLI
- Sürücülərə xəbərdarlıq | Həftəsonu səfər planlaşdıranlar niyə ehtiyatlı olmalıdır? - Baku TV
