"Bura iflic vəziyyətdədir" - Şirinbulaqda qaz problemi | "Bir balonunu 45 manata..." - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Şəkinin Şirinbulaq kəndində sakinlər uzun illərdir təbii qazın olmamasından əziyyət çəkirlər.
Kənd sakinlərinin sözlərinə görə, yaşayış məntəqəsində ötən əsrin 90-cı illərinin sonlarına qədər təbii qaz olub. Lakin təxminən 30 ildir kənddə qaz problemi hökm sürür.
Sakinlər bildirirlər ki, xüsusilə qış aylarında vəziyyət daha da çətinləşir. Yanacaq üçün odun tapmaqda çətinlik çəkən kəndlilər bəzən həyətlərindəki ağacları kəsmək məcburiyyətində qaldıqlarını deyirlər.
“75 yaşım var. Soyuq düşür, yandırmağa heç nə yoxdur. Bizim kimi qocalar soyuqda qalır. Gedib odun gətirməyə də gücümüz çatmır”, – deyə şikayətçi narazılığını dilə gətirib.
Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, ölkə üzrə qazlaşdırılmayan kəndlərin və yeni yaşayış massivlərinin qazlaşdırılması qurumun gündəliyində olan məsələlərdəndir.
Qeyd olunub ki, qazlaşdırma proqramı birliyin daxili maliyyə imkanlarına uyğun olaraq mərhələli şəkildə həyata keçirilir: “Şəki rayonunun Şirinbulaq kəndinə küçə qaz xətlərinin çəkilməsi məsələsinə isə növbəti mərhələlərdə baxıla bilər”.
#Şəki teqi istifadə olunub
- “Elə burada 100-dən çox adamı...” | Şəkidə küçə iti 4 yaşlı uşağa dəhşət yaşatdı - Baku TV
- Şəkidə bazarın yaxınlığında it hücumu: 4 yaşlı qız xəstəxanaya aparıldı - Baku TV CANLI
- “Vəhşidirlər, uşaqların günü qara olub!” - Şəhid ailələri, qazilər dəhşətli vəziyyətdən şikayətləndi
- "Gündə biri qaçmağa çalışır" | Sakinləri bezdirən məsələ | "Ağır xəstələr bu yolda ölüb" - Baku TV
- "Bizim axırımız necə olacaq?!" | Şəkinin ucqar dağ kəndinin sakinləri problemlə üz-üzə - Baku TV
