Pleyeri seçin:
Bütün işlərini günəş panelindən istifadə edərək görən fermer
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Qusarda yaşayan fermer Bəhruz Şıxbalayev elektriklə işləyən avadanlıqlar üçün günəş enerjisindən istifadə edir.
Onun sözlərinə görə, artıq 5 ildir ki, təsərrüfatında günəş paneli quraşdırıb: “Rayonun Aşağı Ləgər kəndində yaşayıram. Təsərrüfatım kənddən dörd km uzaqlıqda yerləşir. Yaxınlıqda elektrik xətti olmadığı üçün generatordan istifadə edirdim. O, səmərəli deyildi. Buna görə də günəş panelləri quraşdırmaq qərarına gəldim”.
Fermer qeyd edib ki, təsərrüfatda görülən işlərlə yanaşı, evin, o cümlədən həyətin işıqlandırılması, eləcə də müşahidə kameralarının işləməsi günəş enerjisi ilə təmin edilir.
B.Şıxbalayev vurğulayıb ki, günəş panelləri həm sərfəli, həm də ekoloji cəhətdən təmizdir.
Kopyalandı
#Qusar teqi istifadə olunub
- Qış vaxtından tez gəldi | Şimalın yüksək dağ kəndlərinə ilk qar yağdı - Baku TV
- Şimal rayonları ağ örpəyə büründü | Qış özünü vaxtından əvvəl göstərir - Baku TV
- "Camaatın 90 %-i kələm əkir" | Qusarda fermerlərin kələmin satış qiymətlərindən narazılığı - Baku TV
- Qusarda insanlar panikada | Çaqqallar kənd sakinlərinə hücum etdi - Baku TV CANLI
- "Anidən üstümə cumdu..." | Xəsarətalan 3 nəfər xəstəxanaya yerləşdirilib - Baku TV
