Cəbrayılda kəhrizlər bərpa edilir
Yeniliklərdən dərhal xəbərdar olun
İşğaldan azad olunmuş Cəbrayılın Horovlu kəndində kəhrizlərin bərpası istiqamətində işlərə başlanılıb.
Keçirilən bərpa layihəsi çərçivəsində kənd ərazisində yerləşən altı kəhrizin bərpası nəzərdə tutulub. Layihə kəhrizlərin bərpası sahəsində təcrübəyə malik Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyi ilə birgə icra edilir.
Qeyd edək ki, müxtəlif mənbələrə əsasən, işğaldan öncə Cəbrayılda 100-dən çox kəhriz mövcud olub. Lakin işğal dövründə mədəni irsimiz sayılan kəhrizlər Ermənistan tərəfindən dağıdılıb, çirklənməyə məruz qalıb. Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi Cəbrayılda yerləşən kəhrizlərin sayının müəyyənləşdirilməsi, onların qiymətləndirilməsi və bərpası istiqamətində araşdırma işlərini davam etdirir.
#Cəbrayıl teqi istifadə olunub
- Cəbrayılın Həsənli və Quycaq kəndlərində aparılan minatəmizləmə işlərinə baxış keçirilib - Baku TV
- Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür - Baku TV
- Mal əti niyə bu qədər bahalaşdı? | Türkiyənin təhlükəsiz dəhliz planı reallaşacaq? - YENİ BİR SƏHƏR
- Cəbrayılda bir gündə iki mina partlayışı baş verib - Baku TV
- Cəbrayılda ard-arda baş verən mina partlayışları ilə bağlı rəsmi məlumat yayıldı - Baku TV
