Pleyeri seçin:

“Cinayət faktıdır, deyirlər ki, deyil” | Sökülən obyektlə bağlı qalmaqal yarandı - Baku TV

11 fevral 2026 791 baxış

Cəlilabad rayon sakini, 36 yaşlı Nəriman Həsənov ona məxsus qeyri-yaşayış sahəsinin qanunsuz şəkildə sökülməyə cəhd edildiyini bildirir.

Baku TV-nin qaynar xəttinə müraciət edən şikayətçinin sözlərinə görə, söküntü işləri “Jalilabad Residence” tərəfindən həyata keçirilib.

“Vaxtilə bu binanın tikintisi başlayarkən mənə 75 kvadratmetr sahə təklif etmişdilər. Mənim obyektim isə 21,4 kvadratmetrdir. Maddi imkanım olmadığı üçün bu razılaşmadan imtina etdim. Obyekt istifadəyə yararsız olduğu üçün fəaliyyətini dayandırmışdı. Dolanışığım çətindir. Hadisə ilə bağlı müvafiq qurumlara şikayət etmişəm. Rayon icra hakimiyyəti bildirir ki, bu məsələ onların səlahiyyətində deyil. İşlə bağlı rayon prokurorluğuna müraciət olunub. Bir il altı ay keçməsinə baxmayaraq, prokurorluq inzibati xəta kimi qiymətləndirib və cinayət tərkibinin olmadığını bildirir. Mən bu qərarla razı deyiləm və işin yenidən araşdırılmasını xahiş edirəm”, – deyə N.Həsənov qeyd edib.

“Jalilabad Residence”in əməkdaşı Vüqar Fərəcov isə məsələyə belə münasibət bildirib:

“Köşkün sahibi ilk olaraq bizə müraciət etmişdi. Ərazinin bizə verilməsi ilə bağlı danışıqlar aparıldı. Faktiki olaraq bildirmək istəyirəm ki, həmin köşk altında yerləşən torpaq sahəsi bizə məxsusdur. Alqı-satqı zamanı reyestr xidmətinin koordinatlarına əsasən ərazinin bizim mülkiyyətimizdə olduğu təsdiqlənib. Şəhərsalma və Arxitektura Komitəsində də bu ərazi baş plan üzrə təsdiq olunub. İlkin mərhələdə qarşılıqlı razılıq əldə olunsa da, sonradan narazılıq yarandı və qarşı tərəf hüquq-mühafizə orqanlarına müraciət etdi. Məsələyə Cəlilabad Rayon Prokurorluğunda baxıldı və prokurorluq iddianın əsassız olduğu qənaətinə gəldi”.

Banner
Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 791 baxış
Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 791 baxış
Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Cəmiyyət
25 oktyabr 2026 791 baxış
Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Cəmiyyət
25 oktyabr 2026 791 baxış
"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 791 baxış
Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Cəmiyyət
25 oktyabr 2026 791 baxış
Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 791 baxış
98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 791 baxış
Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 791 baxış
Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Cəmiyyət
24 oktyabr 2026 791 baxış
Seçilmişlər
icon