Pleyeri seçin:

“Çox təhlükəlidir” | 5 kəndi rayon mərkəzi ilə birləşdirən körpü hər an uça bilər - Baku TV

27 iyul 2026 280 baxış

Beş kəndi Göygöl rayon mərkəzi ilə birləşdirən əsas yolun üzərində yerləşən körpü qəzalı vəziyyətə düşüb.

Güclü yağışlar və sel suları nəticəsində körpünün bir hissəsi dağılıb.

Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlər bildiriblər ki, alternativ yol olmadığından hər gün bu körpüdən istifadə etmək məcburiyyətində qalırlar. Onlar körpünün istənilən an tamamilə uça biləcəyindən narahatdırlar və aidiyyəti qurumlardan problemin həllini istəyirlər.

“Hər gün bu yolla gedib-gəlirik. Buradan keçənədək əlimiz ürəyimizin üstündə olur ki, birdən körpü uçub-dağılar. Təkcə biz istifadə etmirik. Buradan yük maşını keçəndə vəziyyət daha da çətinləşir”, – sakinlərdən biri bildirib.

Digər sakin isə körpünün uzun müddətdir təhlükəli vəziyyətdə olduğunu deyib:

“Bu bizim əsas yolumuzdur. Buradan qorxa-qorxa keçirik. Hətta bir neçə avtomobil qəzaya uğrayıb. Dəfələrlə şikayət etmişik, sözümüzü demişik, amma baxan yoxdur”.

Məsələ ilə bağlı Göygöl Rayon İcra Hakimiyyətindən bildirilib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında olan və ümumilikdə 5 min nəfər əhalinin yaşadığı beş yaşayış məntəqəsini rayon mərkəzi ilə birləşdirən Yeni Zod–Çaykənd–Qarabulaq–Quşçu–Sarısu avtomobil yolunun dördüncü kilometrliyində yerləşən körpüyə yerində baxış keçirilib.

Qeyd olunub ki, 1960-cı illərdə inşa edilən körpünün texniki vəziyyətinin qiymətləndirilməsi zamanı ciddi aşınma və zədələnmələr aşkarlanıb. Mövcud vəziyyətin nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün risk yaratdığı müəyyən edilib.

Bununla əlaqədar Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə, Nazirlər Kabinetinə və Fövqəladə Hallar Nazirliyinə müvafiq məktublar ünvanlanıb. Bildirilib ki, məsələ nəzarətə götürülüb.

"Hansı əsrdə yaşayırıq?!" | Bərbad halda qalan yol | "Taksi deyir ki, bir də gəlməyəcəyəm" - Baku TV

"Hansı əsrdə yaşayırıq?!" | Bərbad halda qalan yol | "Taksi deyir ki, bir də gəlməyəcəyəm" - Baku TV

Cəmiyyət
10 sentyabr 2026 280 baxış
Binəqədidə küçəyə axan çirkab suları sakinləri çıxılmaz vəziyyətdə qoyub

Binəqədidə küçəyə axan çirkab suları sakinləri çıxılmaz vəziyyətdə qoyub

Cəmiyyət
10 sentyabr 2026 280 baxış
İçərişəhərdəki məscidlərin bilmədiyiniz keçmişi | Qədim küçələrdə gizlənən sirlər - AMİN

İçərişəhərdəki məscidlərin bilmədiyiniz keçmişi | Qədim küçələrdə gizlənən sirlər - AMİN

Cəmiyyət
10 sentyabr 2026 280 baxış
"Su kanalizasiyaya qarışıb, kanalizasiya suya" | Xətaidə əhalinin səbrini daşıran vəziyyət - Baku TV

"Su kanalizasiyaya qarışıb, kanalizasiya suya" | Xətaidə əhalinin səbrini daşıran vəziyyət - Baku TV

Cəmiyyət
10 sentyabr 2026 280 baxış
"Qurumlara zəng etməkdən 20 manatım gedib" | Binəqədidə yolda dəhşətə gətirən mənzərə - Baku TV

"Qurumlara zəng etməkdən 20 manatım gedib" | Binəqədidə yolda dəhşətə gətirən mənzərə - Baku TV

Cəmiyyət
10 sentyabr 2026 280 baxış
Fiziki məhdudiyyətli körpəsindən imtina edən ana ilə bağlı şübhəli məqamlar - Baku TV

Fiziki məhdudiyyətli körpəsindən imtina edən ana ilə bağlı şübhəli məqamlar - Baku TV

Cəmiyyət
10 sentyabr 2026 280 baxış
Köhnə avtomobilini yeniləmək istəyənlərin nəzərinə: 1050 manatlıq fürsət nədir? - Baku TV

Köhnə avtomobilini yeniləmək istəyənlərin nəzərinə: 1050 manatlıq fürsət nədir? - Baku TV

Cəmiyyət
10 sentyabr 2026 280 baxış
Bu bölgələrdə hava dəyişir - yağış və şimşək gəlir - Baku TV CANLI

Bu bölgələrdə hava dəyişir - yağış və şimşək gəlir - Baku TV CANLI

Cəmiyyət
10 sentyabr 2026 280 baxış
Sakinlər şikayət edir | Badamdarda yol aylardır bağlıdır?

Sakinlər şikayət edir | Badamdarda yol aylardır bağlıdır?

Cəmiyyət
10 sentyabr 2026 280 baxış
Dövlət Sərhəd Xidməti İranla sərhəddə təcili əməliyyat keçirdi - Baku TV CANLI

Dövlət Sərhəd Xidməti İranla sərhəddə təcili əməliyyat keçirdi - Baku TV CANLI

Cəmiyyət
10 sentyabr 2026 280 baxış
Seçilmişlər
icon