Daxili İşlər Nazirliyində "Heydər Əliyev İli"
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə mayın 6-da Daxili İşlər Nazirliyinin rəhbər heyəti, əməkdaşları və hərbi qulluqçuları Fəxri xiyabana gələrək ulu öndərin abidəsi önünə çiçək dəstələri düzüblər. Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın xatirəsi də ehtiramla yad edilib.
Sonra Nazirlikdə ümummilli liderin yubileyinə həsr olunan tədbir keçirilib. Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov ulu öndər Heydər Əliyevin dövlətçilik tarixindəki müstəsna xidmətlərindən, daxili işlər orqanlarının formalaşmasında və inkişafındakı rolundan söz açıb.
Tədbirdə ümummilli liderin zəngin həyat yolundan və fəaliyyətindən bəhs edən “Heydər Əliyev və 44 günlük Zəfər Yolu” sənədli filmi nümayiş olunub.
Prezidentin Sərəncamı ilə elan olunan “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər Nazirliyin Polis Akademiyasında, Ali Hərbi Məktəbində, Əlahiddə Çevik Polis Alayında, Bakı şəhər Polis İdarəsində, ərazi polis orqanlarında və hərbi hissələrində də təşkil olunub.
#Daxili İşlər Nazirliyi teqi istifadə olunub
- Xətaidə baş verən hadisə ilə bağlı istintaq davam edir | DİN-dən vacib məlumat - Baku TV
- Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni təfərrüatları məlum olub - Baku TV CANLI
- Bakıdakı kütləvi davanın pərdəarxası: Görüş faciəyə çevrildi - Baku TV
- Bakıda 25 il əvvəl törədilən qətlin üstü açılıb | Şübhəli şəxs həbs edilib - Baku TV
- Epilepsiyalı övladını əməliyyat etdirmək istədi, dələduz qurbanı oldu | 22 minlik fırıldaq iddiası
