Dəmir iradəli xalqımız Zəfər gününü qeyd etdi
Yeniliklərdən dərhal xəbərdar olun
2020-ci ilə qədər bizim üçün sadəcə bir riyazı rəqəm idi 44. Ta ki, 27 sentyabra qədər.
O gün 30 ildir gözlənən gün yetişdi. Həsrət bitdi. Qələbə sevinci başladı. İllərdir bu günü gözləyən xalq dinindən, dilindən, irqindən kimliyindən asılı olmayaraq bir oldu, dəmir yumruq kimi birləşdi və bu birlik bizə 44 günlük Vətən müharibəsində yaşadığımız qələbələri, zəfərləri gətirdi.
Xalq birliyi necə olur bilməyənlərə örnək olduq. Kimi öz pensiyasını cəbhəyə yolladı, kimi döyüşə gedən nəvəsini dəstəklədi. Kimi yığdığı pulu əsgərlərimizə göndərdi, kimi informasiya müharibəsində düşmənlə savaşdı.
Kimi sevincindən ağladı, kimi dua etdi və daha nələr yaşandı bu 44 gündə. Hamının düşməni, arzusu, amalı bir idi – Qarabağa qovuşmaq, həsrətə son qoymaq.
Bəli, məhz bu birlik, bu doğmalıq və Vətənə olan sonsuz sevgi bizi arzumuza çatdırdı. Ali Baş Komandanın izi ilə çıxdığımız bu yolda qalib olduq.
#Qarabağ teqi istifadə olunub
- Qarabağın ekoloji faciəsi gündəmə çıxarılacaq?
- Ermənistan COP17-yə ev sahibliyi edəcək | Qarabağın ekoloji faciəsi gündəmə gətiriləcək? - Baku TV
- Azərbaycanın ədalət dərsi qisas deyil, sülhdür - Baku TV
- Konfrans iştirakçılarının Qarabağ səfəri hansı məqamlarla yadda qalıb? - Baku TV
- Keçmiş köçkünlər doğma yurdlarına qayıdarkən nələr yaşadılar - Baku TV
