Depressiya riskini artıran faktorlar açıqlandı | Elə şeylər üzə çıxdı ki…
Yeniliklərdən dərhal xəbərdar olun
London Kral Kolleci və Edinburq Universitetinin alimləri tərəfindən aparılan genişmiqyaslı araşdırma nəticəsində depressiya ilə əlaqəli 300-dən çox yeni genetik risk faktoru müəyyən edilib.
Araşdırmada 29 ölkədən 5 milyondan çox insanın genetik məlumatları təhlil edilib. Bu məlumatlar əsasında depressiya riskini artıran 308 yeni gen və daha əvvəl bu xəstəliklə əlaqəsi olmayan təxminən 700 variasiya aşkarlanıb. Variasiyaların təxminən yarısının depressiya ilə sıx əlaqəli olduğu müəyyən edilib.
Elm adamları qeyd ediblər ki, hər bir genetik risk faktorunun depressiyaya təsiri nisbətən kiçikdir. Lakin eyni anda bir neçə genetik risk faktoru daşıyan fərdlərdə depressiyanın inkişaf ehtimalı əhəmiyyətli dərəcədə arta bilər.
Tədqiqat depressiyanın həm psixoloji, həm də genetik faktorlarla əlaqəli olduğuna dair elmi anlayışı daha da genişləndirir və bu sahədə yeni perspektivlər açır.
#Depressiya teqi istifadə olunub
