İnsanlardan uzaqlaşmaq və həvəsin azalması depressiya ilə əlaqəli ola bilər
Depressiya bəzi hallarda qəfil deyil, gündəlik davranış və vərdişlərdəki dəyişikliklərlə tədricən formalaşa bilər.
Rusiyalı psixoloq Sergey Lanqın sözlərinə görə, prosesin əsas əlamətlərindən biri daxili motivasiyanın itirilməsi və insanın əvvəllər zövq aldığı fəaliyyətlərdən uzaqlaşmasıdır.
Mütəxəssis bildirir ki, idmana getmək, işə həvəssiz yanaşmaq, dostlarla ünsiyyətdən qaçmaq və ətrafındakı insanlara qarşı davamlı narazılıq bu vəziyyətin ilkin siqnalları ola bilər. İnsan zamanla onu əhatə edən hər şeyə qarşı marağını itirərək sosial təcridə çəkilə bilər.
Psixoloqun fikrincə, problemlərin uzun müddət yığılması və onların həlli üçün heç bir addımın atılmaması vəziyyəti daha da ağırlaşdıra bilər.
Lanq xəbərdarlıq edir ki, bu davranışlar uzun müddət davam etdikdə depressiv vəziyyətə gətirib çıxara bilər.
