Pleyeri seçin:

Uşaqlarda depressiyanın gizli əlaməti müəyyən edildi

21 avqust 2026 279 baxış

ABŞ-nin Florida Beynəlxalq Universitetinin psixoloqları uşaqların diqqətlərini idarə etmək qabiliyyətinin depressiya və təşviş simptomları ilə necə əlaqəli olduğunu araşdırıblar.

Tədqiqatda 6-17 yaş arasında 241 uşaq və yeniyetmə iştirak edib. Onların iki əsas bacarığı təhlil olunub: məyusedici vəziyyətlərə baxmayaraq, işə davam etmək qabiliyyəti olan emosional konsentrasiya və mənfi hisslərdən uzaqlaşmaq bacarığı olan emosional keçidi.

Məlum olub ki, gərginlik anında fikrini cəmləməkdə çətinlik çəkən və ya xoşagəlməz düşüncələrdən xilas ola bilməyən uşaqlarda təşviş və depressiya əlamətlərinə daha çox rast gəlinir.

Ümumi konsentrasiya da böyük əhəmiyyət kəsb edir. Uşağın neytral işlərlə, məsələn, məktəb tapşırıqları ilə uzun müddət məşğul olması çətindirsə, emosional problemlərin yaranma ehtimalı artır.

Yeniyetmələrin bu məsələdə daha həssas olduğu ortaya çıxıb: yaş artdıqca özünüidarənin yaxşılaşacağına dair gözləntilərin əksinə olaraq, məhz böyük yaşlı iştirakçılar güclü emosiyalar fonunda diqqətlərini cəmləməkdə daha çox çətinlik çəkiblər.

Tədqiqatçılar bunu həm də yeniyetməlik dövrünün xüsusiyyətləri, sosial şəbəkələrin təsiri və cinsi yetişkənliyin daha erkən başlaması ilə əlaqələndirirlər.

Mütəxəssislər hesab edirlər ki, təhsil müəssisələri şagirdlərin psixoloji vəziyyətinə daha diqqətlə yanaşmalıdırlar. Çıxış yolları arasında mütəmadi söhbətlərin aparılması, müəllimlərin psixoloqlar, eləcə də sosial işçilərlə daha sıx əməkdaşlıq etməsinin vacibliyi vurğulanıb.  

Banner
Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Dünya
28 oktyabr 2026 279 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 279 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 279 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 279 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 279 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 279 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 279 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 279 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 279 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 279 baxış
Seçilmişlər
icon