Pleyeri seçin:

Dil inkişafına təsir edən amillər | Körpələrin məlumatları təhlil edildi, ortaya çıxdı ki…

14 fevral 2025 378 baxış

Yeni beynəlxalq araşdırma göstərir ki, körpələr tövsiyə olunan ekran vaxtı limitlərini aşır və bu, onların dil inkişafına mənfi təsir edə bilər.

Tədqiqat 20 ölkədən olan alimlərin iştirakı ilə aparılıb və 19 Latın Amerikası ölkəsində 1878 körpənin məlumatları təhlil edilib.

Nəticələr göstərib ki, körpələr arasında ən çox istifadə edilən cihazlar televizor və smartfonlardır. Orta gündəlik ekran müddəti bir saatdan çoxdur və əyləncə məqsədli məzmun izlənilir.

Ekran istifadəsinin sosial-iqtisadi statusa və ölkəyə görə dəyişkənlik göstərdiyi, imkansız ailələrdə kitab istifadəsinin daha az olduğu müəyyənləşib.

Əldə edilən nəticələrə əsasən, ekran vaxtı ilə dil inkişafı arasında mənfi əlaqə üzə çıxıb.

Televizor qarşısında çox vaxt keçirmək aşağı leksik inkişafla əlaqələndirilir. Bunun əksinə, kitaba maraq daha yaxşı dil bacarıqları formalaşdırıb.

Mütəxəssislər erkən yaşda televizor və smartfonlardan həddindən artıq çox istifadənin nitqin inkişafına mənfi təsir etdiyini vurğulayırlar. Pediatrlar iki yaşdan kiçik uşaqlar üçün ekran istifadəsini məsləhət görmür, daha böyük yaş qrupları üçün isə məhdud və nəzarət altında istifadəni tövsiyə edirlər.

Qeyd edək ki, COVID-19 pandemiyasından sonra uşaqlarda ekran istifadəsinin artması fonunda bu mövzuda narahatlıqlar çoxalıb.

Banner
"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 378 baxış
Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 378 baxış
“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 378 baxış
150 işəgötürən tərəfindən 1000-ə qədər vakansiya təqdim olunub

150 işəgötürən tərəfindən 1000-ə qədər vakansiya təqdim olunub

Cəmiyyət
28 oktyabr 2026 378 baxış
Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 378 baxış
150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 378 baxış
Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 378 baxış
Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 378 baxış
ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 378 baxış
ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 378 baxış
Seçilmişlər
icon