DİN-in Xankəndidəki əməliyyatından anbaan görüntülər
Yeniliklərdən dərhal xəbərdar olun
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər. Bu barədə DİN-dən bildirilib.
Qeyd olunub ki, bölgənin silah-sursatdan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir. Müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir.
Tədbirlərlə 16-26 mart tarixlərində polis əməkdaşları tərəfindən təkcə Xankəndi şəhəri ərazisindən 64 ədəd müxtəlif markalı avtomat silahı, yeddi pulemyot, 21 tüfəng, 8 tapança, 78 qumbara, bir saatlı bomba, bir qumbaraatan, 46 alışdırıcı, 361 patron darağı, 33 742 ədəd müxtəlif çaplı patron, 6160 ədəd mərmi, 9 ədəd süngü-bıçaq və digər sursat aşkarlanıb.
Bundan başqa, Novruz bayramı günlərində işğaldan azad olunmuş ərazilərə icazəsi olan şəxslərin sərbəst keçidi təmin edilib. Bölgədə hərəkətinə icazə verilən şəxslərlə bağlı hər hansı hüquqazidd hal baş verməyib.
#Xankəndi şəhəri teqi istifadə olunub
- Səyyar “ASAN xidmət” Xankəndidə | Sakinlər hansı xidmətlərdən istifadə edə biləcək? - Baku TV
- Xankəndidə bayram tonqalı qalandı | Baku TV Zəfər meydanında
- Xankəndi şəhəri Novruz ərəfəsində | Bayram hazırlığından görüntülər
- Baku TV Xankəndidə yerləşən “Palace” və “Qarabağ” hotellərində
- DİN Xankəndi və Kəlbəcərdə təcili əməliyyat keçirdi
