Pleyeri seçin:
DİN Xankəndi və Kəlbəcərdə təcili əməliyyat keçirdi
Xankəndi və Kəlbəcərdə xeyli silah-sursat aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, keçirilən tədbirlərlə 1-7 iyun tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 15 avtomat silahı, 3 pulemyot, 2 tapança, 10 tüfəng, 16 qumbara, 3 qumbara atan, 1 mina atan, 20 alışdırıcı, 2 trotil, 90 patron darağı, 2505 ədəd müxtəlif çaplı patron, 10 ədəd süngü-bıçaq, 1 gecəgörmə cihazı və digər sursatlar, Kəlbəcər rayonu ərazisindən isə 1 ədəd qumbara, 2 alışdırıcı, 1 ədəd patron darağı, 1 süngü-bıçaq və 2 rabitə vasitəsi aşkar olunaraq götürülüb.
Polis əməkdaşları tərəfindən həmçinin Xocalı şəhəri ərazisində yabanı halda bitmiş 237 kiloqram çəkidə 423 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.
Kopyalandı
#Qarabağ teqi istifadə olunub
- Qarabağ və Şərqi Zəngəzurda yeni dövr | "AzerGold"un İdarə Heyətinin sədrindən açıqlama - Baku TV
- Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla ailələr yola salındı - Baku TV
- 30 illik qarşıdurmaya son qoyan əməliyyatın hərbi anatomiyası - QARABAĞ XRONİKASI
- İran ABŞ-yə 7 şərt qoydu | Trampdan iddialı açıqlama | Sürücülərə xəbərdarlıq - YENİ BİR SƏHƏR
- Xarici diplomatların Qarabağ səfəri belə yadda qaldı - Baku TV
