DİN şaxtalı hava ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib - Baku TV
Ölkə ərazisində, xüsusilə dağlıq rayonlarda soyuq və şaxtalı hava şəraiti müşahidə olunur.
Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib.
Nazirlik xüsusilə dağlıq ərazilərdə yaşayan, eləcə də dağlara səfər edən vətəndaşlara şaxtalı havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı tövsiyə edib.
Qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək və günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönmək məsləhət görülüb.
Şaxtalı hava şəraiti ilə əlaqədar polis əməkdaşları isə gücləndirilmiş iş rejiminə keçib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, sürücülərə və piyadalara köməklik göstərilməsi məqsədilə polis əməkdaşları xidmətlərini fasiləsiz şəkildə həyata keçirirlər.
Hərəkətin təhlükəsizliyi təmin edilir və köməyə ehtiyacı olan hər kəsə xidmətə cəlb edilən əlavə polis naryadları tərəfindən lazımi köməkliklər göstərilir.
#Fövqəladə Hallar Nazirliyi (FHN) teqi istifadə olunub
- Sürücülərin nəzərinə | Yola çıxan zaman bunları mütləq nəzərə alın - Baku TV CANLI
- Qorxunc hadisənin yaşandığı evdən anbaan görüntülər | Ucarda ev külə döndü - Baku TV
- Yanğınlara qarşı yeni texnika | SOCAR və FHN-dən əməkdaşlıq - Baku TV
- Kürdəmirdə 7 otaqlı ev yanaraq külə döndü - Baku TV
- Keçmiş məcburi köçkünlərin yaşadığı binada qorxulu anlar | Mingəçevir - Baku TV
