Pleyeri seçin:

Diqqət: Xankəndidə yaradılan sığınacaq kimlər üçündür?

12 oktyabr 2023 408 baxış

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Xankəndidə həssas əhali qruplarından olan şəxslər üçün 30 nəfərlik sığınacaq yaradıb.

Bunun üçün Xankəndinin mərkəzində 30 çarpayılıq yataq otaqları, su, elektrik sistemi, mətbəxi, sanitar qovşağı, istirahət otağı və camaşırxanası olan üçmərtəbəli bina ayrılıb. Binada təmizlik və müvafiq təchizat işləri yekunlaşıb və oktyabrın 10-dan sığınacağa sakinlərin qəbuluna başlanıb.

Onlar burada gündə 3 dəfə isti yemək və qəlyanaltı ilə təmin olunurlar. Sığınacağın xarici təhlükəsizliyini polis təmin edir. Sığınacaqda çalışmaq üçün 2 psixoloq və 2 sosial işçi 2023-cü il sentyabrın 30-dan Xankəndi şəhərinə ezam olunub, orada sakinlərin ilkin ehtiyaclarını və psixo-sosial vəziyyətini qiymətləndiriblər.

Qiymətləndirmə aparılan şəxslərin yaşadıqları yerlərə gedilərək onlara sığınacağın yeri və qida təminatı barədə məlumatlar da verilib. Artıq 6 nəfər sığınacağa yerləşdirilib, 1 nəfər aidiyyəti üzrə tibbi xidmət göstərilməsi üçün yönləndirilib. Ümumilikdə 11 nəfər sığınacağın xidmətlərindən istifadə edib. Həmin psixoloq və sosial işçilər hazırda sığınacaq sakinlərinə sosial xidmətlər göstərirlər.

Sığınacaqda çalışmaq üçün həmçinin aşbaz, texniki işçilər də ezam olunub. Sığınacağa yerləşdirmə könüllü xarakter daşıyır, gecə qalmaq istəməyənlərə də gündə 3 dəfə qida, zəruri geyim və sosial xidmətlərdən yararlanmaq imkanı yaradılıb.

Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri də gün ərzində bir neçə dəfə sığınacağı ziyarət edir, şəraitlə tanış olur, ərzaq-qida təminatı, göstərilən sosial xidmətlərlə maraqlanırlar.

Banner
“Leonardo Art School” və “MiniBoss Business School” birgə təhsil proqramına başladı

“Leonardo Art School” və “MiniBoss Business School” birgə təhsil proqramına başladı

Cəmiyyət
20 oktyabr 2026 408 baxış
6 mindən çox insanın yaşadığı Hövsan qəsəbəsində yol problemi

6 mindən çox insanın yaşadığı Hövsan qəsəbəsində yol problemi

Cəmiyyət
20 oktyabr 2026 408 baxış
“İnsanın ayağının altı deşilə-deşilə gedir” | Sakinləri məngənəyə salan problem - Baku TV

“İnsanın ayağının altı deşilə-deşilə gedir” | Sakinləri məngənəyə salan problem - Baku TV

Cəmiyyət
20 oktyabr 2026 408 baxış
"Qonşunun qapısını döyəndə qorxuram..." | Yüzdən çox yaşı olan bina qəzalı vəziyyətdə - Baku TV

"Qonşunun qapısını döyəndə qorxuram..." | Yüzdən çox yaşı olan bina qəzalı vəziyyətdə - Baku TV

Cəmiyyət
20 oktyabr 2026 408 baxış
Sərnişinlərin nəzərinə | Metroda sizi hansı dəyişiklik gözləyir? - Baku TV CANLI

Sərnişinlərin nəzərinə | Metroda sizi hansı dəyişiklik gözləyir? - Baku TV CANLI

Cəmiyyət
20 oktyabr 2026 408 baxış
“Çənəm sinəmə tikildi, o vəziyyətdə...” | Yanğında ölən Könül Vəlibəylinin qızı niyə bu haldadır?

“Çənəm sinəmə tikildi, o vəziyyətdə...” | Yanğında ölən Könül Vəlibəylinin qızı niyə bu haldadır?

Cəmiyyət
20 oktyabr 2026 408 baxış
Tələbələrin şikayətinə Pedaqoji Universitet necə reaksiya verdi? - Baku TV CANLI

Tələbələrin şikayətinə Pedaqoji Universitet necə reaksiya verdi? - Baku TV CANLI

Cəmiyyət
20 oktyabr 2026 408 baxış
“Ayaqyolu pis gündədir, yuxarıdan su damır” | Pedaqoji Universitet təhlükəli haldadır? - Baku TV

“Ayaqyolu pis gündədir, yuxarıdan su damır” | Pedaqoji Universitet təhlükəli haldadır? - Baku TV

Cəmiyyət
20 oktyabr 2026 408 baxış
Qəhvə ilə meyvənin birlikdə qəbulu hüceyrələrin qocalma prosesini ləngidə bilir

Qəhvə ilə meyvənin birlikdə qəbulu hüceyrələrin qocalma prosesini ləngidə bilir

Cəmiyyət
20 oktyabr 2026 408 baxış
Bu il Xocavəndin Kiş kəndinə 110 ailənin köçürülməsi planlaşdırılır - Baku TV

Bu il Xocavəndin Kiş kəndinə 110 ailənin köçürülməsi planlaşdırılır - Baku TV

Cəmiyyət
20 oktyabr 2026 408 baxış
Seçilmişlər
icon