DYP hava ilə bağlı sürücülərə çağırış etdi - Baku TV
Yanvarın 5-nə olan hava pronozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 7-12 dərəcə isti olacaq.
Bildirilib ki, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacaq. Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.
Bu arada, Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət ünvanlayıb. Sürət rejiminə, ötmə və manevr etmə qaydalarına ciddi əməl etmək, yol və hava şəraitini düzgün qiymətləndirmək tövsiyə olunub.
Qeyd edilib ki, səfərə hazırlaşan sürücülər, ilk növbədə, nəqliyyat vasitələrinin sazlığına diqqət yetirməli, hərəkət zamanı təhlükəsizlik kəmərini təkcə özləri deyil, sərnişinlərin də bağlamasını təmin etməlidirlər.
Bundan əlavə, sürücülərə, yuxusuz, yorğun halda sükan arxasına əyləşməkdən çəkinmək, uzaq məsafə qət edərkən hər 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısamüddətli də olsa istirahət etmək məsləhət görülüb.
#Baş Dövlət Yol Polisi İdarəsi teqi istifadə olunub
- Yol polisindən sürücülərə çağırış | Təhlükəsiz ara məsafəsi ilə bağlı xəbərdarlıq - Baku TV CANLI
- DYP çağırış etdi | Sürücülər və piyadalar diqqətli olsun - ANA XƏBƏR
- Həftəsonu üçün səfər planlaşdıran sürücülərə BDYPİ-dən vacib müraciət - Baku TV
- "Bu vərdiş çox ağır qəzalara səbəb ola bilər" | Yol polisi sürücülərə xəbərdarlıq etdi - 24 SAAT
- DYP əhaliyə yağışlı hava ilə bağlı xəbərdarlıq etdi
