Əczaçının belə tövsiyələri yolverilməzdir | Bu dərmanlara qarşı diqqətli olun
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkələrdə, xüsusilə “TikTok” platformasında əczaçıların müxtəlif dərman vasitələrini reklam etməsi hallarına tez-tez rast gəlirik.
İzləyicisi çox olan səhifələrdə çəkinmədən insanlara dərmanlar tövsiyə olunur. Həkim məsləhəti olmadan qəbul edilən bu həblərin hansı fəsadlara yol aça biləcəyi isə reklam edən tərəfə maraqlı deyil.
Hüquqşünas Hikmət Əliyev məsələ ilə bağlı bildirib ki, yalnız resept olmadan buraxılan dərman vasitələri reklam edilə bilər:
“Reklam zamanı yetkinlik yaşına çatmayan şəxslərə müraciət etmək, reklam olunan dərman vasitələrinin istifadəsi nəticəsində xəstəliklərin sağalmasının konkret hallarına istinad etmək, həkimə müraciət etməyin lazımsız olduğu barədə təsəvvür yaratmaq, reklam olunan dərman vasitəsinin əlavə təsirlərinin olmamasına təminat vermək kimi hallar qadağandır”.
H.Əliyev əlavə edib ki, əczaçının dərman vasitəsini tövsiyə etməsi və ya müalicəyə yönəltməsi yolverilməzdir.
#Dərman vasitələri teqi istifadə olunub
- Dərmanların keyfiyyətinə kim nəzarət edir? - Sumqayıtdakı hadisənin səbəbi - Baku TV
- “Mədənizi darmadağın edəcək, içməyin!” | “Dərman” deyib satdılar, nəticəsi şok etdi - Baku TV
- “Qırmızı Körpü” postunda şübhəli yük avtomobili saxlanıldı - Baku TV
- “Qırmızı Körpü” postunda saxlanılan yük maşınında görün nələr aşkarlandı - Baku TV CANLI
- "Gənclik iksiri" adlanan bu preparat ilk dəfə insan bədəninə yeridildi
