Əhali bağlanan yola görə ayağa qalxdı! | Səbəb görün nə imiş
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonu Qobu qəsəbəsi Hacı Zeynalabdin Tağıyev küçəsində yaşayan sakinlər istifadə etdikləri yolun bağlanmasından narazıdırlar.
Baku TV-nin qaynar xəttinə şikayət edən vətəndaşların sözlərinə görə, 3 nömrəli tam orta məktəbin tikintisi ilə əlaqədar olaraq, yol ləğv edilib və bu da onlar üçün ciddi çətinliklər yaradıb.
Sakinlərin iddiasına görə, 2008-ci ilə qədər həmin ərazidə avtomobil yolu mövcud olub, lakin məktəb tikildikdən sonra yol bağlanıb. Onlara piyada gediş-gəliş üçün yer ayrılsa da, 2025-ci ildə məktəbin yenidən tikintisinə başlanılması ilə bu yol da ləğv edilib.
Nəticədə, sakinlər evlərinə və məktəbə rahat gedib-gələ bilmirlər. Onların sözlərinə görə, təxminən 10 minə yaxın sakin bu vəziyyətdən əziyyət çəkir.
Məktəbin tikintisinda çalışan iş icraçısı isə hər şeyin layihəyə uyğun aparıldığını və bununla bağlı sənədlərin mövcud olduğunu qeyd edib.
#Qobu qəsəbəsi teqi istifadə olunub
- Söyüşlər havada "uçuşdu" | Qobuda torpaq alıb ev tikdi, yolunu bağladılar - Baku TV
- Qobuda sakinlər avtobus dayanacağı üzü görmür - Baku TV
- Qobuda sakinlər avtobus dayanacağı üzü görmür - 24 SAAT
- Məktəbdə təmir işləri dayanıb? | "Uşaqlarımızın taleyi bilinmir": Valideynlərin narazılığı böyüyür
- Qobudakı məktəbin təmiri niyə bitmir? | İşlər nə vaxt yekunlaşacaq? - Baku TV CANLI
