Əhali "yoxa çıxır" | Bir vaxtlar ailələrlə dolu olan bu kənddə nə baş verir? - Baku TV
Təbiəti və havası ilə gözoxşayan İsmayıllı rayonunun Tubukənd kəndinin sakinləri bir sıra problemlərdən şikayətçidirlər.
Kənddə əsasən 1990-cı illərdən etibarən Qarabağ bölgəsindən gələn vətəndaşlar məskunlaşıb. Sakinlərin sözlərinə görə, məskunlaşdıqları dövrdən bu günədək kənddə nə yol, nə qaz, nə də su təminatı olub.
Çətin şəraitdə yaşadıqlarını deyən kənd sakinləri qış mövsümündə isinmək üçün meşədən rəsmi icazə ilə odun tədarük etmək məcburiyyətində qalırlar. Problemlərlə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət edilsə də, hələ ki heç bir nəticə əldə olunmayıb.
“Suyumuz çox çətinliklə gəlir, yolumuz isə demək olar ki, yoxdur. Bir xəstəmiz olsa, vaxtında xəstəxanaya çatdıra bilmirik, yollarda əziyyət çəkirik. Kənddə qaz xətti isə ümumiyyətlə, yoxdur”, – vətəndaşlardan biri söyləyib.
#İsmayıllı teqi istifadə olunub
- İsmayıllıda faciəvi qəzanın detalları | Bir nəfər ölüb, iki nəfər xəsarət alıb - Baku TV
- İsmayıllıda minik avtomobili ilə yük avtomobili toqquşub: ölən və yaralananlar var - Baku TV CANLI
- Baş Prokurorluğun təşkilatçılığı ilə İsmayıllıda silsilə tədbirlər keçirildi - Baku TV
- Basqal-Sulut avtomobil yolu çökdü - Baku TV
- "Bilmirəm ki, qışı necə yola verəcəyik" - Əhali imdad diləyir: “Bura yarandığı gündən...” - Baku TV
