Elə təhqirlər dedi ki... | Borca görə qətl törədən şəxs barədə məhkəmə qərarı
Paytaxtda tanıdığı şəxsi qəsdən öldürməkdə təqsirləndirilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 12 il azadlıqdan məhrum edilən Elvin Əsədovun cəzası artırılıb.
Zərərçəkənin hüquqi varisinin kasasiya şikayəti və prokurorluğun protesti Bakı Apellyasiya Məhkəməsində araşdırılıb.
Hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən son prosesdə qərar açıqlanıb. Elvin Əsədovun cəzası 12 ildən 14 ilədək artırılaraq kasasiya şikayəti və protest təmin olunub.
Qeyd edək ki, hadisə 2023-cü il dekabrın 30-da paytaxtın Nəsimi rayonu ərazisində baş verib. İstintaq zamanı müəyyən edilib ki, Elvin Əsədov tanışı Zamiq Cabbarova olan 2 500 manat faiz borcunu ödəməkdən yayındığı üçün aralarında mübahisə yaranıb. Bu zaman Zamiq Abbasov Elvin Əsədovun ünvanına nalayiq ifadələr işlədib. Bir müddət sonra o, Nəsimi rayonunun ərazisində zərərçəkənlə görüşüb bıçaqla xəsarətlər yetirərək onu qətlə yetirib.
Toplanan sübutlar əsasında Elvin Əsədova Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilib.
#Bakı Ağır Cinayətlər Məhkəməsi teqi istifadə olunub
- Buzovnada qohumlar arasında dava qətllə bitdi - Baku TV
- İntim əlaqə üçün nə etdilər? | Rusiyada törədilən qətllə bağlı etiraf - Baku TV
- Arvadını qətlə yetirən nəyi etiraf etdi? | "Mələklər seçilmiş insan olduğumu deyirlər" - Baku TV
- Sabiq icra başçısının oğlu Babəli Babayevin məhkəməsi keçirildi | Hakim nə qərar verdi? - Baku TV
- "Meydan TV" işi üzrə məhkəmə başladı - Baku TV
