“Yola çıxanda artıq canavar xanımı...” | Yasa gedən Şəki sakinləri dəhşət yaşadı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Şəkidə canavar 5 nəfərə xəsarət yetirib. Hadisə rayonun Bideyiz kəndində baş verib.
Belə ki, 5 yaşlı uşaq anası ilə birlikdə yas mərasiminə gedərkən kolluq ərazidən qəfil çıxan canavar onlara hücum edib. Uşağı xilas etmək istəyən ana da hadisə zamanı xəsarət alıb. Ana və uşaq kənd sakinləri tərəfindən xilas ediliblər.
Canavarın hücumu zamanı kənd sakinləri – 27 yaşlı Nazilə Qurbanova, 49 yaşlı Sevinc Qurbanova, 52 yaşlı Gündüz Lətifov, 27 yaşlı Fariz Lətifov və 5 yaşlı Zaur Qurbanov xəsarət alıblar. Xəsarət alan şəxslər dərhal xəstəxanaya yerləşdiriliblər.
Şəki Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, dekabrın 21-də saat 22:50 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə canavar dişləməsi səbəbilə 5 nəfər hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi yardımlar göstərilib.
Hazırda vəziyyətləri orta ağır olan 2 nəfərin müalicəsi müvafiq şöbədə davam etdirilir. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 3 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.
#Şəki teqi istifadə olunub
- Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şəkiyə mediatur təşkil olunub - Baku TV
- Çobanlıq edən üç uşaq atasının torpaq problemi - "Ortada qalmışam" - Baku TV
- “Qazanda elə şeylər gördük ki...” | Yerin altında qorunan bu muzey niyə dünyada unikaldır? - Baku TV
- "Uşaqlarım qonşunun evindədir" | Həyətləri su altında qalan sakinlər çıxış yolu axtarırlar - Baku TV
- "Bura iflic vəziyyətdədir" - Şirinbulaqda qaz problemi | "Bir balonunu 45 manata..." - Baku TV
