Ərdoğan Azərbaycan xalqına təşəkkür etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Zəlzələ bölgəsinə səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantep Hava Limanında qardaş ölkəyə humanitar yardım aparan Heydər Əliyev Fondunun əməkdaşları ilə görüşüb.
Baş vermiş təbii fəlakətlə əlaqədar Fondun prezidenti Mehriban Əliyevanın başsağlığını çatdıran Fondun nümayəndəsi Elvin Aslanov bu günlərdə bütün Azərbaycan xalqının, ölkənin bütün təşkilatlarının qardaş ölkə üçün zəruri yardımların göstərilməsinə səfərbər olduğunu bildirib.
Rəcəb Tayyib Ərdoğan göstərdikləri dəstəyə görə Azərbaycan dövləti və xalqına təşəkkür edib: “İlham qardaşıma, Mehriban bacıma öz adımdan, həyat yoldaşım və millətim adından çox təşəkkür edirəm”.
Həmçinin qeyd edib ki, Azərbaycanda xalqın zəlzələ qurbanları üçün humanitar yardıma qoşulmasından və göndəriləcək yardımlar barədə məlumatlıdır. “Biz tək bu gün deyil, ölənədək birlikdə olacağıq”, - deyə R.T.Ərdoğan əlavə edib.
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
