Erməni əsgərləri arasında dava düşdü
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan Müdafiə Nazirliyinin həqiqətə uyğun olmayan xəbərlər yaymağı adət halına çevirdiyi hamıya bəlli olan faktdır. Xüsusən 44 günlük Qarabağ müharibəsində bunun bariz nümunələrinin şahidi olduq. Lakin düşmən müharibədən sonra da bu biabırçı adətindən əl çəkmir.
Ermənistan Müdafiə Nazirliyi aprelin 29-u guya Azərbaycan Ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində Dığ yaşayış məntəqəsi istiqamətində Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusunun yaralanması barədə məlumat yayıb.
Azərbaycan Müdafiə Nazirliyi həmin məlumatı qəti surətdə təkzib edərək bəyan edib ki, bu, Ermənistanın yaydığı növbəti dezinformasiyadır. Nazirlik Ermənistan Ordusundakı şəxsi heyət arasında nizam-intizam və hərbi nizamnamədən kənar münasibətlərin ciddi problem olaraq qaldığına diqqət çəkib. Ermənistan Ordusundakı özbaşınalığı əks etdirən videogörüntülər Azərbaycan Müdafiə Nazirliyinin məlumatını haqlı çıxarır.
Kadrlarda Ermənistan Ordusunun mövqelərinin birində baş verən nizam-intizamsızlıq qeydə alınıb. Görüntülərdən erməni əsgərləri arasında mübahisənin düşdüyü görünür. Əl-qol hərəkətləri ilə bir-birini itələyən 2 əsgəri kənardan silah yoldaşları izləyir. Sonda davada iştirak edən erməni əsgərindən biri başını götürərək oradan uzaqlaşır.
Ermənistan Ordusundakı özbaşınalığı, nizam-intizamsızlığı Azərbaycana qara yaxmaqla ört-basdır etmək istəyir. Lakin faktlar bunun əksini söyləyir və göstərir.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
