Erməni işğalı nəticəsində... | Dövlət Komissiyasından əhaliyə vacib çağırış
Yeniliklərdən dərhal xəbərdar olun
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası əhaliyə çağırış edib.
Bildirilib ki, Vətən müharibəsində əldə edilmiş tarixi zəfərdən sonra Komissiyaya və aidiyyəti dövlət qurumlarına daxil olan çoxsaylı müraciətlərin təhlili göstərir ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində I Qarabağ müharibəsində itkin düşmüş bir sıra şəxslər aidiyyəti qeydiyyatlardan kənarda qalıb.
Buna səbəb kimi I Qarabağ müharibəsindən sonrakı dövrdə bəzi itkin ailələrinin yaxınlarının rəsmi qeydiyyata alınması üçün Dövlət Komissiyasına müraciət etməməsi göstərilə bilər.
Avqustun 1-nə olan məlumata əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3961 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.
Onlardan 3953 nəfəri 1-ci Qarabağ müharibəsində, 8 nəfər isə Vətən müharibəsi və sonrakı dövrdə itkin düşmüş şəxslərdir.
Müraciətlərin davam etməsi bunun yekun statistika olmayacağını deməyə əsas verir.
Qeyd olunanları nəzərə alaraq, Dövlət Komissiyası qeydiyyatdan kənarda qalmış və yaxınları ilə bağlı DNT nümunələri verməmiş itkin ailələrindən, o cümlədən itkin düşmüş şəxslərə dair məlumatı olan vətəndaşlardan qısa müddət ərzində işçi qrupu ilə əlaqə saxlayaraq itkin yaxınları barədə məlumatları və DNT nümunələrini verməyi xahiş edir.
#Birinci Qarabağ müharibəsi teqi istifadə olunub
- Azərbaycanın ilk qadın snayperi Növrəstə Yusifova vəfat etdi - Baku TV
- Birinci Qarabağ müharibəsində itkin düşmüş 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib
- Birinci Qarabağ müharibəsində itkin düşmüş neçə nəfərin şəxsiyyəti müəyyənləşdirildi? - Baku TV
- Birinci Qarabağ müharibəsinin şəhidlərinin nəşi torpağa tapşırıldı - Baku TV
- Şəhid Cümşüd Məmmədovun nəşinin qalıqları torpağa tapşırılıb - Baku TV
