Erməniəsilli şəxslərin məhkəməsi davam edir | Detallar açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Fevralın 7-də Ermənistan vətəndaşları Araik Arutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesinin baxış iclası davam etdirilib.
Onlar sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilirlər.
İttiham aktına əsasən elan edilib ki, Ermənistan silahlı qüvvələrinin və qanunsuz silahlı birləşmələrinin apardığı təcavüzkar müharibə səbəbindən Azərbaycanın suveren əraziləri olan 12 şəhər, 18 qəsəbə, 895 kənd, ümumilikdə 925 yaşayış məntəqəsi işğal olunub və uzun illər ərzində işğal altında saxlanılıb. Bununla da, xüsusi və dövlət mülkiyyətində olmuş ümumilikdə 37168 ədəd əmlak üzrə 19 milyard manatdan artıq maddi ziyan vurulub.
Bundan başqa, Azərbaycanın mədəni sərvətinə aid olmaqla dəymiş zərərin qiymətləndirilməsi mümkün olan ən azı 697 tarix və mədəniyyət abidəsi hücum obyektinə çevirilməklə, hərbi əməliyyatların dəstəklənməsi üçün istifadə edilməklə, qəsdən böyük həcmdə yandırılmaqla, artilleriya qurğularından atəş açıb partladılmaqla və sair fiziki üsullarla qismən və tamamilə dağıdılmaqla, eləcə də oğurluq, soyğunçuluq, vandalizm aktları törədilməklə Azərbaycan və Azərbaycan xalqına 906 milyon manatdan artıq maddi ziyan vurulub.
Eyni zamanda Azərbaycanın suveren ərazilərinin işğal olunması nəticəsində didərgin salınmış dinc sakinlərin sosial təminatı və maddi-məişət şəraitinin təmin olunmasına sərf edilmiş vəsaitlər nəzərə alınmaqla, Azərbaycan dövlətinə ümumilikdə 8,8 milyard manatdan artıq maddi ziyan vurulub.
Daha sonra dövlət ittihamçısı Vüsal Abdullayev təcavüzkar müharibənin gedişində Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı, habelə soyqırımı əlamətləri olmadan əhalinin bütövlükdə və ya qismən məhv edilməsi faktlarını elan edib.
Məhkəmə fevralın 11-də davam etdiriləcək.
#Hərbi cinayət teqi istifadə olunub
- Ermənistan vətəndaşlarının apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib - Baku TV
- Təcili: Ruben Vardanyanla bağlı yekun məhkəmə qərarı elan olundu - Baku TV
- Hərbi cinayətlərdə ittiham olunan 15 Ermənistan vətəndaşına hökm oxunub - Baku TV
- "Bunu gizlədə bilmərəm" | Ermənistan vətəndaşlarının məhkəməsində nələr üzə çıxdı? - Baku TV
- Azərbaycan QHT-ləri bu məsələyə görə Trampa müraciət etdi - Baku TV
